Silah yüklü gəmi saxlanıldı

3-09-2015, 06:52
0
Silah yüklü gəmi saxlanıldı

"Türkiyənin İsgendurun dəniz limanından Liviyaya silah daşıdığı iddia edilən gəmidə araşdırmalar davam edir"

 

qaynarxeber.org xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın Girit adası açıqlarında saxlanılan "Haddat-1" gəmisi Yunan şirkətinə aiddir.

 

"Haddat-1" gəmisi silah yüklü şəkildə ələ keçirilib. gəminin göyərtəsində boliviya bayrağı olub, anca Yunan şirkətinin hesabına işlədiyi məlum olub.

 

Yunanıstanın "Kathimerini" qəzetinin xəbərinə görə gəmi fevral 2015 tarixindən etibarən mərkəzi Pirə şəhərində yerləşən bir şirkətə işləyir.

 

İlkin araşdırmalarda ov tüfəngi ələ keçirilsədə, yunan polisi gəmidəki konteynerlərin içərisində sigaret, bəzək əşyaları kimi qanuni əşyalardan başqa silah və partlayıcının olduğunu aşkarlayıb. 20 konteynerin olduğu gəmi 29 avqustda İsgenderun limanından hərəkət edib və son mənzili Liviyanın Misrata limanı olduğu məlum olub.

 

Gəminin avqust 2014 dən  fevral 2015 tarixinə qədər adının "Mamo" olduğu və Kamboçya bayrağı ilə işlədiyi də ortaya çıxıb. Bundan başqa 2008-2014 arası isə "Arxon" adı ilə yunanıstan bayrağı altında fəaliyyət göstərib.

 

informasiya şöbəsi

скачать dle 12.1
Xəbər lenti