Məscidin qarşısında etiraz aksiyası keçirən qadının gözləmədiyi reaksiya - FOTO

14-10-2015, 20:25
0
Məscidin qarşısında etiraz aksiyası keçirən qadının gözləmədiyi reaksiya - FOTO
Miçiqan ştatında bir qadın İslam dininə etiraz olaraq məscidin qarşısında tək etiraz aksiyası keçirib.
 
 
Lakin bundan sonra baş verənləri yəqin ki, həmin xanımın özü də gözləmirdi. Belə ki, onun ətrafına yığılan kütlədən ayrılan başqa bir xanım gözlənilənin əksinə olaraq onu qucaqlayıb.
 
 
 
 
Sonra digər dindarlar onu əhatəyə alaraq mehribanlıqla söhbət ediblər və bir yerdə nahara dəvət ediblər.
 
 
Meksikada narkodillerlərin həyata keçirdiyi qəddar cinayətlər, həmçinin nasisit Almaniyasının qadın, körpə, uşaq deməkdən həyata keçirdiyi cinayətləri xatırladıblar və bildiriblər ki, bu vəhşiliyi həyata keçirənlər xristian dininə mənsub insanlardır: «Bu o, demək deyil ki, bütün  xristianlar qaniçəndir. Şərq ölkələrində terrorla məşğul olan dəstələr də İslam adından o cürə istifadə edirlər».
 
Söhbətin sonunda qadın səhvini anlayıb və mehribanlıqla onlardan ayrılıb.
скачать dle 12.1
Xəbər lenti