ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırılıb

14-10-2015, 20:35
0
ABŞ və Rusiya səfirləri Türkiyə XİN-ə çağırılıb
ABŞ-ın Türkiyədəki səfiri Con Bass və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 
 
Bu barədə "RİA-Novosti" Türkiyə diplomatik idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
 
Ankara Moskva və Vaşinqtonu PYD-yə (PKK-nın Suriyadakı qolu) hərbi yardım göstərməkdə ittiham edib.
 
"Dünən ABŞ və Rusiya səfirləri XİN-ə çağırılıb və Kürd demokratik ittifaqına hərbi yardım göstərilməsinin yolverilməz olduğu haqqında xəbərdar ediliblər", - Türkiyə XİN-dən bildirilib. 
скачать dle 12.1
Xəbər lenti