İŞİD-ə qoşulan azərbaycanlı ailə öldürüldü: 2 qadın, 6 uşaq...

17-10-2015, 13:25
0
İŞİD-ə qoşulan azərbaycanlı ailə öldürüldü: 2 qadın, 6 uşaq...
Hansı ölkəyə məxsus olduğu açıqlanmayan bombardmançıların Suriyanın Deyr əz-Zor əyalətində İŞİD mövqelərinə endirdiyi zərbələr zamanı Azərbaycandan olan ailə uşaqlarla birlikdə həlak olub.
 
Bu barədə Londonda mənzillənmiş insan haqları üzrə Suriya müşahidə qrupu - “Syrian Observatory for Human Rights” məlumat yayıb.
 
Məlumata əsasən Rusiyaya, yaxud beynəlxalq koalisiyaya məxsus olduğu ehtimal edilən bombardmançılar oktyabrın 15-də Deyr əz-Zor əyalətinin əl-Mayadin qəsəbəsindəki hədəflərə zərbələr endiriblər.
 
Bu zərbələr nəticəsində Azərbaycandan olan 2 qadın və 6 uşaq həlak olub. Qadınların ərlərinin İŞİD sıralarında döyüşdüyü bildirilir.
 
Azərbaycandan olan ailələrin əl-Mayadin qəsəbəsinin mərkəzində yerləşən binalardan birinə endirilən zərbə nəticəsində öldürüldüyü məlum olub.
 
Həmin qəsəbə İŞİD-in nəzarəti altındadır. Lakin aviazərbələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın, yoxsa Rusiya aviasiyasının endirdiyi məlum deyil.
 
Məlum olduğu kimi, Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin bir çoxu öz ailələrini, o cümlədən azyaşlı uşaqlarını da özləri ilə aparırlar.
скачать dle 12.1
Xəbər lenti