Rusiya Suriya əməliyyatları üçün raketlərin üçnövbəli istehsalına başlayıb
26-10-2015, 16:13
0
Rusiya Suriya əməliyyatları üçün raketlərin üçnövbəli istehsalına başlayıb
Tartus limanına yük çatdırılması məqsədiylə HDF türklərdən 8 nəqliyyat gəmisi də alıb.
«Taktiki raket silahları» korporasiyası Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriya əməliyyatlarına görə 3 növbəli işə başlayıb. Bu barədə «Kommersant Vlast», müdafiə sənayesi kompleksindəki mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, Tartus limanına yük çatdırılması məqsədiylə Rusiya Hərbi Dəniz Flotu fövqəladə vəziyyətdə türk gəmiçilərindən 8 nəqliyyat gəmisi alıb. Nəşrin bildirdiyinə görə, RF desant gəmiləri bu iş üçün kifayət etməyib. Alınan gəmilər dərhal yardımçı gəmilər siyahısına salınaraq, hərbi gəmi statusu alıblar.
Nəşr Baş Qərargaha istinadla onu da bildirib ki, aviazərbələrin hədəfi kəşfiyyat məlumatlarına, «Persona» N2 optik elektrik kəşfiyyat peykinə və «Orlan -10» pilotsuz təyyarələrindən günün bütün saatlarından alınan məlumatlara istinadla seçilir. Bundan başqa Suriya, İraq və İran müttəfiqləri də məlumat ötürürlər.
скачать dle 12.1