Qvatemalanın yeni prezidenti komediya aktyoru oldu

26-10-2015, 16:15
0
Qvatemalanın yeni prezidenti komediya aktyoru oldu
 Qvatemalada prezident seçkilərinin ikinci mərhələsində aktyor Cimmi Morales qələbə qazanıb.
 
Ali Seçici Tribunalın hesabatına görə,  95 faiz seçki məntəqəsində sayılan səslərə görə, o, 69 faiz səs toplayıb.
 
Bundan əvvəl Morales özü qələbəsini elan edərək, Qvatemala üçün ən böyük bəla adlandırdığı korrupsiya ilə mübarizə aparacağına vəd verib.
 
Qeyd edək ki, 4 uşaq atası olan 46 yaşlı  Morales Qvatemalanın məşhur komediya aktyorudur. Bazar günləri  efirə  o, yumoristik proqramla çıxır. Bununla belə, Morales Müdafiə və Təhlükəsiz sahəsində magistratura məzunudur.
скачать dle 12.1
Xəbər lenti