Rusiya FTB-sindən MDB ölkələrinə işğal xəbərdarlığı.
İŞİD terror qruplaşmasının silahlıları MDB ölkələrində vəziyyəti qarışdırmağı hədəf götürüb. Bu barədə Rusiya FTB rəhbəri Aleksandr Bortnikov MDB Ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 39-cu toplantısının açılışında deyib.
Bortnikovun sözlərinə görə, məhz bu səbəbdən və ABŞ, həmçinin rəhbərlik etdiyi koalisiya tərəfindən terrorizmlə mübarizənin effektsizliyinə görə, Rusiya Suriya hökumətinin xahişinə cavab verib və hərbi əməliyyatlara başlayıb.
FTB sədri onu da vurğulayıb ki, ölkə xaricindən əlavə, daxildə də ekstremist qrupların müəyyənləşməsi və onların məhvi üzrə işlər gedir: «Bu yaxınlarda Moskvada İŞİD və «Hizb-ut Tahir»in üzvləri zərərsizləşdirilmişdi, hansı ki, onların arasında MDB-dən olan vətəndaşlar da var idi».
Bununla əlaqədar olaraq, Bortnikov MDB ölkələri arasında kəşfiyyat məlumatlarının mübadiləsi məsələsinə xüsusi önəm verməyin vacibliyindən danışıb.
FTB rəhbərinin sözlərinə görə, İŞİD simasında beynəlxalq quldur dəstəsi, terror talanının vasitəsilə Asiyada və Afrikadakı strateji məsələlərini həll etməyə çalışan dünyanın və regeonal dövlətlərin ikiüzlüyü sayəsində güc toplayıb. O bildirib ki, bu riyakarlıq ən dağıdıcı nəticələrə səbəb ola bilər.
FTB rəhbəri bildirib ki, bu gün İŞİD-din tərkibində 100-dən çox dövlətin vətəndaşları vuruşur: «Belə muzdurlar ümumi təşkilatın 40 faizini təşkil edir. 10 quldur dəstəsi ancaq Rusiya, Gürcüstan, Ukrayna və Mərkəzi Asiya regionundan olan ölkənin vətəndaşlarından təşkil olunub».
Bundan əlavə, Yaxın Şərq və Şimali Afrikanın terror qruplaşmsalarından bəziləri də bu təşkilata sədaqət andı içiblər.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov İŞİD terror təşkilatından gələn təhlükə üzrə MDB ölkələrinin sərhədlərini xüsusilə Mərkəzi Asiyada möhkəmləndirməyə çağırıb.
скачать dle 12.1