Londonda Ərəbistan səfirliyinin qarşısında etiraz aksiyası - FOTOLAR
29-10-2015, 12:36
0
Londonda Ərəbistan səfirliyinin qarşısında etiraz aksiyası - FOTOLAR
Nüfuzlu şiə alimi Ayətullah Nimrə və onun qardaşı oğlu Əli Məhəmməd əl-Nimrə çıxarılan edam hökmü pislənilib.
Nüfuzlu şiə alimi Ayətullah Nimrə və onun qardaşı oğlu Əli Məhəmməd əl-Nimrə çıxarılan edam qərarından sonra bir qrup hüquqmüdafiəçi Londonda Səudiyyə Ərəbistanının səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılar edam hökmünü pisləyərək, Ərəbistanı insan haqlarının pozulması, demokratiya prinsiplərinə riayət olunmamasında, Böyük Britaniya hökumətini isə bu hallara göz yummaqda ittiham ediblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı yaxın günlərdə nüfuzlu şiə alimi Ayətullah Nimrə qarşı ölüm hökmünü həyata keçirməyə hazırlaşır. Belə ki, ona qarşı əvvəlki məhkəmələrdə verilən edam hökmü Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq olunub.
«Səudiyyə Ərəbistanı nüfuzlu şiə lideri ayətullah Nimr əl Nimrə qarşı edam hökmünü mayın 14-də həyata keçirməyə hazırlaşır», - deyə mənbə dəqiqləşdirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Ayətullah Nimri hakim ailəni təhqir etmək, polisə müqavimət göstərmək, ölkədə vətəndaşlar arasında iğtişaş yaratmaq və digər saxta ittihamlarla həbs edib.
Ehtimal olunan edamla əlaqədar şiə müxalifət mayın 8-9-da küçələrə tökülərək etiraz aksiyası keçirməyi planlaşdırır.
Ekspertlər Ayətullah Nimrin edam ediləcəyi təqdirdə saysız-hesabsız siyasi məhbusu olan Səudiyyə Ərəbistanı daxilində və bölgədə məzhəblərarası gərginliyin şiddətlənəcəyini bildirirlər.
скачать dle 12.1