"İŞİD-i biz yaratmışıq", -deyən Klinton görün bu dəfə nəyi vəd etdi
11-11-2015, 16:25
0
"İŞİD-i biz yaratmışıq", -deyən Klinton görün bu dəfə nəyi vəd etdi
ABŞ-ın sabiq dövlət katibi, Demokratik Partiyadan prezidentliyə namizəd Hillari Klinton bəyan edib ki, ölkə prezidenti seçiləcəyi təqdirdə
İŞİD-ə qarşı rəsmən müharibə elan etməyəcək. Bu barədə o, Nyu Hempşir ştatında tərəfdarlarının qarşısında çıxış edərkən bəyan edib.
Sabiq dövlət katibinin sözlərinə görə, müharibə İŞİD-lə mübarizə üçün ən yaxşı yol deyil.
Xatırladaq ki, Hillari Klinton ötən il nəşr etdirdiyi səs-küylü kitabında İŞİD terror qruplaşmasının onların layihəsi olmasına işarə edərək, yazmışdı: "Biz "İxvanul-muslimin" ilə razılığa gəlmişdik ki, İslam Dövləti (İŞİD -red.) İraq və Suriyada yox, 2013-cü ilin iyul ayında Misirdə yaradılsın".
Klinton, daha sonra belə qeyd etmişdi: "ABŞ İraq, Suriya və Liviya müharibəsinə daxil oldu. Hər şey öz qaydasında idi. Ötən ilin 30 iyununda Misirdə qəflətən çevriliş oldu. 72 saat ərzində hər şey dəyişildi. Biz ixvançılarla razılığa gəlmişdik ki, Sina məntəqəsinin bir Hissəsi HƏMAS-a, digər hissəsi isə İsrailə dəstək məqsədilə onlara verilsin. Həlayib və Şəlatin isə Sudana verilməli, Səlum məntəqəsindən isə Liviya ilə sərhəd açılmalı idi".
Departamentin keçmiş rəhbəri daha sonra vurğulayıb ki: "Bu dövlət iyul ayının 5-də öz varlığını elan etməli, ABŞ və Avropa isə bu ölkəni tez bir zamanda rəsmən tanımalı idilər".
скачать dle 12.1