İŞİD Mosulda 50-dən artıq gənci qaçırıb

11-11-2015, 16:35
0
İŞİD Mosulda 50-dən artıq gənci qaçırıb
İŞİD terror qruplaşması ötən həftənin şənbə və bazar günləri Mosulda 50-dən artıq  gənci qaçırıb. Bu barədə Milli  Koalisiya (Vətəniyyə) Bloku Neynəva millət vəkillərindən Əbdürrəhim  əş-Şəmri bildirib.
 
Qaçırdılan şəxslərin hara aparıldığı barədə xəbər əldə edə bilmədikdərini  vurğulayan Şəmri gənclərin çoxunun  sosial şəbəkələrdə  aktivist olaraq fəaliyyət göstərdiyini deyib.
 
Digər tərəfdən, yerli mənbələrdə yayılan məlumatlara görə, Mosulun qərbindəki  Tel-Abta ərazisində, polislərə aid olduğu bildirilən 30 cəsədin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Hesab olunur ki, onlar ötən il həbsxanaları ələ keçirməsindən sonra İŞİD-in öldürdüyü hüquq mühafizəçilərdir.
скачать dle 12.1
Xəbər lenti