BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarının adı bəlli olub

12-11-2015, 13:47
0
BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarının adı bəlli olub
BMT baş katibi Pan Qi Mun italiyalı Filippo Qrandini BMT-nin Qaçqınlarla İş üzrə yeni Ali Komissarı təyin edəcək.
 
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
 
Filippo Qrandi 2010-2014-cü illərdə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin baş komissarı olub. Müxtəlif illərdə F.Qrandi BMT-nin Əfqanıstan, Sudan, Suriya, Türkiyə və İraqdakı nümayəndəliklərində çalışıb, həmçinin Keniyada, Benində, Qanada, Liberiyada, Konqo Demokratik Respublikası və Yəməndə humanitar əməliyyatlara rəhbərlik edib.
 
Qeyd edək ki, 2005-ci ildən etibarən BMT-nin Qaçqınlarla İş üzrə  Ali Komissarı portuqaliyalı Antoniu Qutyerreşdir. 
скачать dle 12.1
Xəbər lenti