Rusiyanın A321 təyyarəsini partladan bomba Misirdə hazırlanıb

20-11-2015, 12:22
0
Rusiyanın A321 təyyarəsini partladan bomba Misirdə hazırlanıb
A321 təyyarəsinin partladılmasında istifadə edilən bombanın fotosu saxta deyilsə, bu o deməkdir ki, partlayıcı qurğu  Misir ərazisində hazırlanıb. Bu barədə RF xüsusi xidmət orqanlarından olan mənbə «İnterfaks»a bildirib.
 
«Dərc olunan fotodakı bankadan aydın olur ki, bu, məhz  Misir ərazisində satılan brenddir. Əgər terrorçular istintaqı yanlış yola yönəltmək məqsədi ilə bu fotonu yaymayıblarsa (ümumiyyətlə şəkli onlar yayıbsa), bu onu göstərir ki, bomba xaricdə yox, məhz bu ölkədə hazırlanıb», - deyə mənbə  agentliyə bildirib.
 
Onun sözlərinə görə  içki üçün nəzərdə tutulan alimunium banka  partlayıcı qurğu üçün münasibidir, çünki  onun korpusu 1 kq trotil gücündə bomba hazırlamağa imkan verir ki, bu da təyyarənin qaynaq olan yerlərini dağıtmağa qadirdir.
 
Xatırladaq ki, bir neçə gün öncə ekstremist saytların  birində «Koqalımavia» kompaniyasının təyyarəsini partladan bombanın komponentlərinin – «Şveps» qazlı içkisinin aliminium bankası, elektrodetenator və xaricdən elektropartlayıcıya oxşayan əşyanın fotosu yayımlanmışdı.
 
 
Oktyabrın 31-də  Şarm əl-Şeyxdən  Sankt-Peterburqa  reys edən  A321 aerobusu uçuşdan 24 dəqiqə sonra  Sinay yarımadasında, Əl-Xasna yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğramışdı. Təyyarədə olan 224 nəfərin hamısı həlak olmuşdu. Təyyarədə Rusiyadan, Ukraynadan və Belorusiyadan sərnişinlər olub. Sonradan Rusiya FTB-nin  direktoru  Aleksandr Bortnikov hadisənin terror aktı nəticəsində baş verdiyini açıqlamışdı. İstintaqa əsasən  təyyarənin göyərtəsində 1 kq trotil ekvivalenti gücündə  bomba partladılmışdı.
скачать dle 12.1
Xəbər lenti