Ərəb dilində danışdıqları üçün təyyarədən düşürüldülər - VİDEO
22-11-2015, 16:32
0
Ərəb dilində danışdıqları üçün təyyarədən düşürüldülər - VİDEO
Çikaqodan Filadelfiyaya uçuş həyata keçirən Southwest Airlines kompaniyasının təyyarəsinə buraxılmayıb.
Təyyarə uçuşa hazırlaşarkən aviakompaniyanın əməkdaşı Mahir Xəlil və Ənəs Ayada bildirib ki, onlara təyyarəyə minməyə izn verə bilməz, çünki sərnişinlərdən biri onların ərəb dilində danışdığını eşidib, buna görə də təyyarəyə minməyə qorxur.
Xəlil polisə və aeraportun təhlükəsizlik xidmətinə müraciət etdikdən və onlar sorğu sual edildikdən sonra başqa təyyarəyə mindiriblər.Təyyarənin göyərtəsində onlara məcbur edilib ki, əllərində olan ağ qutunu açsınlar. Qutuda isə şirniyyatlar var imiş.
"Beləliklə, paxlavalarımı hamı ilə bölüşdürdüi", - deyə Xəlil bildirib.
Southwest Airlines kompaniyasından bildiriblər ki, əməkdaşlar reysin gecikməsinin qarşısını ala biləcək tədbirlər görə bilmədi: "Bu səbəbdən biz həmin sərnişinlər üçün həmin gün üçün başqa bir reys təşkil elədik".
Qeyd edək ki, 130 nəfərin ölümü ilə nəticələnən Paris hadisələrindən sonra ABŞ-ın bir sıra daxili reyslərində bu cür hadisələr yaşanıb.
Bir neçə gün öncə Çikaqo Beynəlxalq aeraportunda Hyustona yollanan 6 sərnişin Yaxın Şərqdən olduqları üçün Southwest reysindən çıxarılıb.
скачать dle 12.1