Avropada daha bir paytaxtda güclü partlayış - FOTO

22-11-2015, 16:33
0
Avropada daha bir paytaxtda güclü partlayış - FOTO
Londonda məşhur Beyker-strit küçəsində güclü partlayış baş verib.
 
Bu barədə Britaniyanın “Sky News” telekanalı xəbər yayıb. Bundan əvvəl isə sosial şəbəkələrdə Beyker-stritdə partlayış olduğu haqda xəbərlər yayılıb. 
 
Yayılan xəbər
 
Böyük Britaniyanın bir çox KİV-i partlayış haqqında informasiyanı təsdiq edərək bunun terror hadisəsi ola biləcəyini ehtimal edib. Lakin polis nümayəndələri bildiriblər ki, bu hadisəyə görə heç bir cinayət araşdırması aparılmayacaq.
 
“Beyker-stritdə tərk edilmiş avtomobil aşkar edilib. Bu avtomobildə uzaqdan idarə olunan bomba olub. Amma bu cinayət işi deyil”, - deyə paytaxt polisinin mətbuat xidmətinin katibi bildirib.
 
Bununla belə polis rəsmiləri bu hadisə ilə bağlı niyə yoxlama və ya araşdırılma aparılmayacağına dair heç bir izahat verməyib. Daha əvvəl sosial şəbəkələrdə və KİV-də informasiya yayılmışdı ki, polislər şübhəli avtomobilə görə Londonda Beyker-stritdə hərəkəti kəsib və eyni adlı metro stansiyasından insanları təxliyyə edirlər. 
 
Hadisə baş verən yer xəritədə 
 
Son zamanlar İŞİD terrorçu qruplaşması dünyanın bir sıra ölkələrinin paytaxtlarında partlayışlar törədəcəyi barədə xəbərdarlıqlar ediblər. Keçən həftə Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub.
скачать dle 12.1
Xəbər lenti