Nigeriyada terrorçular 24 dinc sakini qətlə yetirib

29-08-2015, 16:58
0
Nigeriyada terrorçular 24 dinc sakini qətlə yetirib
Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının silahlıları  24  dinc sakini qətlə yetirib.
 
Xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Borno əyalətinin paytaxtı Mayduquridən 80 km aralıda yerləşən Marfunudi yaşayış məntəqəsində baş verib.
 
BMT-nin məlumatına əsasən, terrorçuların hücumları ilə əlaqədar Nigeriyanın şimal-şərq bölgəsində 1 milyon 400 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.
скачать dle 12.1
Xəbər lenti