ABŞ hərbçiləri Кobaniyə girdi

26-11-2015, 12:34
0
ABŞ hərbçiləri Кobaniyə girdi
50 amerikalı xüsusi təyinatlısı bir neçə gün əvvəl Türkiyə ərazisindən Suriyanın şimalındakı Kobani şəhərinə daxil olub. Qeyd edək ki, ABŞ-da «İŞİD»ə qarşı koordinator kampaniyasının  rəhbəri Bret Mkqurk Amerika xüsusi təyinatlılarından 50 hərbçinin Suriyaya girəcəyini  açıqlamışdı. O, ABŞ hərbçilərinin  kürd  bölmələrinə  Suriya  ərazisində İŞİD-ə qarşı  döyüşlərdə praktiki yardım göstərəcyini vurğulamışdı.
 
Bret Makqurkun sözlərinə görə, kürdlər özləri min kv.km-dan artıq  ərazini İŞİD-dən azad edərək, azı 300 terrorçunu məhv ediblər.
 
Qeyd edək ki, oktyabr ayında ABŞ prezidenti  Suriyanın  şimalına  amerikalı xüsusi təyinatlıları  göndərmə barədə qərarını açıqlayarkən, Vaşinqtondan onların hərbi əməliyyatlar iştirak etməyəcəyi vurğulanmışdı.
 
Yeri gəlmişkən onu da bildirək ki, Suriya hökuməti ABŞ hərbçilərinin ölkəyə girməsinə izn verməyib.
скачать dle 12.1
Xəbər lenti