Rus təyyarəsinin vurulacağını 1 ay öncə yazan şəxs
26-11-2015, 13:15
0
Rus təyyarəsinin vurulacağını 1 ay öncə yazan şəxs
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaharova, Rusiya hərbi təyyarəsinin qəsdən vurulduğunu iddia edib. Keçirdiyi mətbuat konfransında Mariya Zaharova, Türkiyədə "Twitter" fenomeni olan Fuat Avninin 19 oktyabr tarixində Rusiya hərbi təyyarəsinin vurulacağını yazdığını deyib.
Mariya Zaharova mətbuat konfransında NATO-nu sərt dillə tənqid edib.
"Təyyarə" böhranının Türkiyə ilə münasibətlərin bütün sahələrinə mənfi təsir göstərəcəyini söyləyən Zaharova, hadisənin təsadüf olmadığını deyib: "Bizim bölgədəki niyyətimiz ortadadır. Rusiya bölgədə gizli işlər görmür. Biz bölgədə terrorla mübarizə aparırıq. Rusiya hər kəsi bölgədə qurduğu informasiya mərkəzinə dəvət edir. Əməllərimiz ortadadır."
Mətbuat konfransında "Twitter" fenomeni Fuat Avninin iddialarını da xatırladan Zaharova, bunları deyib: "Çox maraqlıdır. "Komsomolskaya Pravda" qəzetinin 19 oktyabr tarixli sayında türk bloggeri olan Fuat Avninin iddiaları yer alıb. Aylar əvvəl ortaya atılan iddiaya görə, Türkiyə prezidenti Ərdoğan siyasi karyerasının sona çatmasının qarşısını almaq üçün Suriyada Rusiya təyyarələrini vurmağı qərara alıb. Məqsəd, Rusiya və Türkiyəni müharibəyə sürükləməkdir. Bu iddialar, məşhur türk bloggeri Fuat Avniyə aiddir."
скачать dle 12.1