Saytda Türkiyə MİT-nə məxsus TIR-ların Suriya hökumətinə qarşı vuruşan terrorçulara qarşı silah daşıdığı yerdə çəkilən video yayımlanıb.
|
Türkiyədə Cümhuriyyət qəzetinin baş redaktoru Can Dündar və jurnalist Ərdəm Gül İstambulda keçirilən məhkəmədən sonra həbs olunublar. Onlar casusluqda və terror təşkilatına qoşulmaqda ittiham olunublar.
Məhkəmə hökmü oxuyarkən Can Dündar «Belə bir dönəmdə bu, mənim üçün şərəf medalıdır», - deyə bildirib. O özü hakimin verdiyi qərarı Twitter'den yazdığı "Tutuklandık" mesajıyla bildirib.
Qeyd edək ki, cari ilin may ayında qəzetdə Türkiyə MİT-nə məxsus TIR-ların Suriya hökumətinə qarşı vuruşan terrorçulara qarşı silah və sursat daşıdığı yerdə çəkilən fotolar və video yayımlanmışdı.
Türkiyə hökuməti ilk əvvəllər ittihamları rədd edərək, yük maşınlarınd humanitar yardım olduğunu açıqlamışdı. Sonralar bəzi məmurlar bildirdi ki, TIR-larda olan silahlar Suriyanın şimalında türkmən bölmələri üçün imiş.
Prezident Rəcəb Tayib Ərdoğan bu versiyanı dəstəkləyərək, demişdi ki, yük maşınında silahın olub-olmamasından asılı olmayaraq, bu Türkiyənin maraqları üçün idi.
Dündar ilk əvvəl istintaqa çağrılarkən verdiyi ifadədə belə deyib: «Bizə MİT TIR-ları xəbərini nədər yayımladınız», - deyə soruşdular. Biz də mətbuat tarixinin Watergate-dən Wikileaks-ə kimi bunun kimi örnəklərlə dolu olduğunu dedik. Dövlətin təhlükəsizlik ehtiyacları ilə, xalqın bilgi almaq ehtiyacları kəsişə bilər. Dövlət bəzi bilgiləri gizlətmək istəyər, ancaq, mətbuat bunu açıqlamışdı. Həm məsələyə aydınlıq gətirmək, həm də daha böyük xətalardan qorunmaq üçün».
Məhkəmə hökmündən sonra Dündar və Gülə açıqlama üçün izn verilməyib. Məhkəmə salonundan çıxan bəzi CHP millət vəkilləri də «Azad mətbuat susdurula bilməz», «Faşizmə qarşı çiyin-çiyinə» kimi şüarlar səsləndiriblər.
CHP millət vəkili Mahmut Tanal qərardan sonra «Türkiyə mətbuatının başı sağ olsun. Həbs qərarı hüququn qtlidir. Dövlətin cinayət işlətmə azadlığı yoxdur. Dövlət öz eyiblərini «dövlət sirridir» deyə gizlədə bilməz. Bu iqtidar hüquq çərçivəsindən kənara çıxıb. Mətbuata, demokratiyaya keçmiş olsun», - deyib.
HDP millət vəkili Qaro Paylan da «Mətbuat azadlığına vurulmuş bir zərbə daha, bir qaranlıq gün daha. Can Dündar və Ərdəm gül sadəcə peşələrini yerinə yetridilər. Həd bildirmək üçün həbs elədilər, amma bizləri susdura bilməzlər», - deyib.
|
|