"Terrorizmlə mübarizə üçün Səudiyyə və Qətərin dəstəyi dayandırmalıdır"

2-12-2015, 17:29
0
"Terrorizmlə mübarizə üçün Səudiyyə və Qətərin dəstəyi dayandırmalıdır"
«Əgər siz doğrudan da  onlarla (terrorçularla –red.) mübarizə aparmaq və qalib gəlmək istəyirsinizsə, o zaman onlara silah, maliyyə, həmçinin Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə  Türkiyədən keçən muzdlu əsgər yardımını dayandırmalısınız». Bu sözləri Suriya prezidenti Bəşşar Əsəd bildirib. Onun sözlərinə görə, bu, terrorizmlə mübarizədə atılacaq ilk addımdır.
 
«Yoxsa siz onlarla  mübarizə aparırsınız, onlar isə  müxtəlif ölkələrdən, xüsusən regiondan Qərbin, daha dəqiq desək, bəzi ölkələrin dəstəyi, yaxud göz yumması ilə məhdudiyyətsiz silahla təmin olunurlar» deyə prezident bildirib.
 
Qeyd edək ki, bundan əvvəl Vaşinqton Türkiyədən Suriya ilə sərhədləri bağlamağı  və sərhəddin 100 km-də (hansı ki, İŞİD terrorçuları buradan Suriyaya keçirlər) türk əsgərlərinin kontingentini  artırmağı tələb etmişdi.
скачать dle 12.1
Xəbər lenti