İraqda ABŞ hərbçilərinə terrorçuları sorğu-sual etməyə izn veriləcək

3-12-2015, 14:39
0
İraqda ABŞ hərbçilərinə terrorçuları sorğu-sual etməyə izn veriləcək
İraqa yollanan Amerika xüsusi təyinatlılarına  İŞİD  terrorçularının ələ keçirilməsində əlavə səlahiyyətlər  ala bilər. Bundan əlavə,  kəşfiyyat məlumatlarını toplamaq üçün terrorçuları sorğu-sual etməklərinə də izn verilə bilər. FaktXeber.org-un verdiyi məlumata görə, bu barədə adlanının çəkilməsini istəməyən amerikalı məmurlar CNN telekanalına bildiriblər.
 
Telekanalın mühasibləri bildiriblər kixüsusi təyinatlılar  ələ keçirdikləri  İraq vətəndaşını bu ölkənin hökumətinə təhvil verə bilər, ancaq xarici döyüşçülər amerikalılalırn əlinə keçərsə, onları hansı tale gözlədiyi bilinmir.
 
Həmçinin o da məlum deyil ki, ehtimal olunan terrorçular harada saxlanacaq və onları kim sorğu sual edəcək.
 
Qaynaqdan bildirilib ki, ABŞ xüsusi təyinatlıları bir neçə gündən sonra İraqın Ərbil şəhərinə gedəcəklər.
 
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Müdafiə naziri  Eşton Karter ABŞ-ın yeni xüsusi təyanatlılardan ibarət kontingenti  İŞİD-ə qarşı «birtərəfli» əməliyyatlar üçün  İraqda yerləşdiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, bütün əməliyyatlar İraq hökuməti ilə razılaşdırılmış şəkildə aparılacaq. Bundan sonra  Ağ Evin Mətbuat Xidmətinin rəhbəri Coş Ernest  İraqda ekspedisiya  qüvvələrinin tərkibində ABŞ-ın 200 hərbçisinin xidmət etdiyini bildirmişdi. 
скачать dle 12.1
Xəbər lenti