Ermənistan müxalifətinin tərəfdarları bazar günü keçirilən referendumun nəticələrini ləğv edilməsini tələb edir.
Müxaliflər rəsmi nəticələr elan olunmamış Ermənistan Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşıb və nəticələrin ədalətli olmayacağını deyir.
Polis Mərkəzi Referendum Komissiyasının və Mərkəzi Seçki Komisiyasının binasına gedən yolları bağlayıb. Etirazçılar "Vətənin gələcəyi naminə bizə qoşulun" şüarları ilə hamını mitinqə dəstək verməyə çağırır.