Rusiya Türkiyə ilə əlaqədar BMT TŞ-nın qapalı toplantısını çağırır
8-12-2015, 16:22
0
Rusiya Türkiyə ilə əlaqədar BMT TŞ-nın qapalı toplantısını çağırır
Dekabrın 8-də Rusiya, Türkiyənin Suriya və İraqdakı fəaliyyətini müzakirə etmək üçün BMT TŞ-nın qapalı toplantısını çağırmaq niyyətindədir.
AR, Təhlükəsizlik Şurasındakı diplomatlara istinadən bildirib ki, Rusiya hələlik müzakirə mövzusunun detallarını açıqlamayıb. Bununla belə, mənbə hesab edir ki, Suriyanın hava məkanında Türkiyə HHQ tərəfindən vurulan Su-24 bombardmançı təyyarəsi barədə məsələlər qaldırılacaq.
Bundan əlavə, Ankaranın hərbi kontingentinin İraq ərazisinə yeritməsi məsələsi də müzakirə oluna bilər. Qeyd edək ki, qoşunun torpaqlarına girməsini rəsmi Bağdad düşmənçilik və suverenliyin pozulması aktı kimi qiymətləndirib.
Dünən bununla əlaqədar olaraq Bağdad Ankaradan qoşunlarını İraq ərazisindən 48 saat ərzində çıxarmasını tələb etmişdi və əks təqdirdə BMT TŞ-na dəstək üçün müraciət edəcəyini açıqlamışdı.
скачать dle 12.1