"Belə bir mübahisəli dövrdə görüşməyimiz əhəmiyyətli bir mesajdır"
10-12-2015, 13:35
0
"Belə bir mübahisəli dövrdə görüşməyimiz əhəmiyyətli bir mesajdır"
Türkiyənin hökumət başçısı İraq Kürd Muxtariyyatının rəhbəri ilə görüşdü.
Türkiyə baş naziri Əhməd Dvutoğlu Şimali İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzani ilə görüşüb. Çankaya köşkündəki görüşmədə XİN rəhbəri Mövlud Çavuşoğlu və XİN Müşaviri Feridun Sinirlioğluda iştirak edib.
Mosulda türk əsgərləinin növbə dəyişikliyi zamanı baş verən mübahisələrdən sonra MİT müşaviri Hakan Fidan və XİN müşaviri Feridun Sinirlioğlunun sabah Bağdada gedəcəyini söyləyən Davudoğlu, belə bir mübahisəli dövrdə Bərzani ilə görüşməsinin mesaj olduğunu bildirib.
" İraqdakı mövcudluğumuz, bu bölgənin sabitliyini təmin etmək üçündür. Çünki İŞİD-lə qonşu olmaq istəmirik. Bunun üçün hər cür dəstəyi həm İraq, həm də İraq Kürdüstanı bölgəsinə verəcəyik. Məhz belə bir zamanda sizinlə görüşmək bizhim üçün çox əhəmiyyətlidir. Hər kəs üçün əhəmiyyətli bir mesaj xarakteri daşıyır» - deyə o, əlavə edib.
Davutoğlu həmçinin Sincarda İŞİD-ə qarşı mübarizədə qazandıqları zəfər münasibəti ilə də Bərzanini təbrik edib: «Sizin üçün əhəmiyyətli olan məqamlar bizim üçün də əhəmiyyətlidir. Bizim ortaq taleyimiz var. Aramızdakı sərhədlər ayıran deyil, birləşdirən olmalıdır. Bilin ki, hər zaman sizin yanınızda olacağıq».
Xatırladaq ki, İraqın baş naziri Heydər Əl Abadi türk əsgərlərnin 48 saat içində ölkəsini tərk etməyə çağırmış, əks itəqdirdə BMT TŞ-na müraciət edəcəklərini açıqlamışdı.
скачать dle 12.1