Kolumbiya və Venesuella bir-birlərinin səfirlərini geri çağırdılar

28-08-2015, 14:20
0
Kolumbiya və Venesuella bir-birlərinin səfirlərini geri çağırdılar
Kolumbiya və Venesuela iki ölkə arasında yaranan sərhəd böhranına görə,  Karakas və Boqotadan səfirlərini geri çağırıblar.
 
«Mən dialoq və diplomatiya tərəfdarıyam, bu yöndə də fəaliyyətimi davam etdirəcək. Ancaq Venesuellaya da Kolumbiya və kolubbiyalılarla bu cür davranmağa imkan vermərəm», - deyə Kolumbiya prezidenti  Xuan Manuel Santos deyib.
 
Qeyd edək ki, Venesuella  Kolumbiya ilə Taçira ştatında  sərhədlərin  72 saata bağlanışı barədə göstəriş vermişdi. Bundan sonra ölkə prezidenti  Nikolas Maduro  Kolumbiya ilə sərhədlərin bağlanış müddətini qeyri-müəyyən vaxta qədər uzadıb və 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.
 
Bütün bunlara səbəb isə  qaçaqmalçıların Venesuela silahlı qüvvələrinin üç hərbçisini yaralaması olmuşdu. Venesuela bundan əlavə  mindən çox kolumbiyalını deportasiya etmişdi.
 
скачать dle 12.1
Xəbər lenti