Litvada NATO-nun yeni komanda məntəqəsi açılıb. NATO-nun baş katibi Yens Stoltenberq Şərqi Avropada sayca 6-cı komanda məntəqəsinin açılışında iştirak edib. Bundan əvvəl NATO-nun Şərqi Avropada (Bolqarıstan, Estoniya, Latviya, Polşa və Rumınyada) 5 komanda məntəqəsi fəaliyyət göstərirdi.
Litvada NATO-nun komanda məntəqəsinin açılış mərasimində ölkə prezidenti Dalya Qribuskayte də iştirak edib. Onun sözlərinə görə, yeni komanda məntəqəsinin açılışı ümumi döyüş hazırlığı və həmrəylik baxımından irəliyə doğru atılmış çox mühüm addım olacaq.
BBC-nin şərhçisi Conatan Markusun şərhinə görə, NATO-nin yeni yaradılmış 6 komanda məntəqsi böhran zamanı Alyansın çevik qüvvələrinin yerləşdirilməsi və idarəolunmasına xidmət edir.
Hər komanda məntəqəsində 45-50 NATO hərbiçisi xidmət edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl NATO-Gürcüstan birgə Təlim Mərkəzi açılıb. Gürcüstanda bu Təlim Mərkəzinin açılması Moskvada təxtibat kimi qiymətləndirilmişdi.
Ekspertlər qeyd edirlər ki, NATO-nun Rusiya sərhədlərində belə fəallaşması Moskvanın Krımın ilhaq etməsinə və son zamanlar keçirdiyi irimiqyaslı hərbi təlimlərə cavabdır. Artıq rəsmi açıqlanmasa da NATO-da Rusiyanın təhdidlərinə və aqqresiv xarici siyasətinə güc müstəvisində adekvat cavab verilməsi qərara alınıb. Alyansda nümayiş etdirməyə çalışırlar ki, Moskva ilə qarşıdurmadan çəkinmirlər və “soyuq müharibə” strategiyasına qayıtmağa hazırdırlar.
NATO-nin yeni strategiyasında, həmçinin Rusiya üçün həssas məntəqələrdə hərbi iştirakın gücləndirilməsi, Rusiya ilə sərhəd ölkələrlə hərbi kommunikasiyanın möhkəmləndirilməsi ön plana çıxır. Obrazlı ifadə etsək, NATO Rusiyanı məngənəyə salır.
Təhlilçilər qeyd edirlər ki, NATO bu istiqamətdə addımların atılması ilə bağlı çox uğurlu məqam seçib. Moskva iqtisadi problemlərdən qurtula bilmir və Putinin əvvəlki kimi geniş manevr imkanları yoxdur. NATO ard-arda Rusiyanı fakt qarşısında qoyur. Rusların isə hələ ki, adekvat vermək imkanları yoxdur.
strateq.az