"Ceyşül-İslam" terror qruplaşmasına yeni lider seçildi - FOTO

26-12-2015, 21:48
0
"Ceyşül-İslam" terror qruplaşmasına yeni lider seçildi - FOTO
"Ceyşül-İslam" terror qruplaşmasının terrorçuları dünən öldürülən  Zahran Əlvəş əvəzinə yeni  lider  seçiblər.
 
BBC-yə istinadla məlumatına görə, terrorçuların yeni rəhbəri Əbu Humam  kimi də tanınan suriyalı İssam əl-Buvaydani (Issam al-Buwaydani) seçilib.
 
Əbu Humam
 
Xatırladaq ki, dünən "Ceyşul-İslam"ın lideri Zəhran Əlvəş, 10  müavini və qruplaşmanın sözçüsü ilə birgə Suriya HHQ tərəfindən mərkəzi qərargaha edilən hava hücumu nəticəsində öldürülüb. 
 
 Zəhran Əlvəş
 
Koalisiya yaratmaq məqsədiylə digər silahlı qruplaşmaları ilə görüş təyin edən terror təşkilatının üzvlərinin yeri yerli sakinlərin köməyi və kəşfiyyat məlumatları sayəsində məlum olub. 
 
 
"Ceyşül-İslam" təşkilatının  liedi və üzvləri ilə bərabər, görüşdə iştirak edən  "Faylak ər-Rahmən" və "Əhrar əş-Şam" terror təşkilatlarının rəhbərləri də məhv edilib.
скачать dle 12.1
Xəbər lenti