Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə od vurulub - FOTO
3-01-2016, 17:19
0
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə od vurulub - FOTO
Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.
Binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar, lakin polis bu cəhdlərin qarşısını alaraq, onları binadan kənarlaşdırıb. Etirazçılar kral sülaləsinin siyasətini pisləyən şüarlar səsləndiriblər.
Məlumata görə, iranlı etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna da hücum ediblər. Etirazçılar burada da binaya od vurmağa cəhd ediblər, nəticədə bir neçə otağın yandığı bildirilir.
Baş verən hadisə ilə əlaqədar 40 nəfər saxlanılıb və digərilərinin də axtarışı davam etdirilir. Bu barədə Tehran prokuroru Cəfəri Dövlətabadi deyib. Onun sözlərinə görə, saxlanılanlarla bağlı cinayət işi açılıb.
скачать dle 12.1