Fransada fövqəladə iqtisadi vəziyyət elan edilib
18-01-2016, 16:26
0
Fransada fövqəladə iqtisadi vəziyyət elan edilib
Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib.
Hazırda Beşinci respublikanın iqtisadi və sosial modelinin düzəlişi üçün təcili tədbirlər görülür.
Olland, həmçinin, Fransanın "özünü doğrultmayan" möhkəm sosial biznes-modelində ediləcək dəyişikliklərdən də danışıb.
Hökumətin planlaşdırdığına görə, Fransanın nüfuzlu strukturları təcili surətdə ölkə iqtisadiyyatını yüksəldəcək bir sıra təklifləri reallaşdırmalıdır. Həmçinin, ölkədəki işsizliyin də kökünü kəsmək lazımdır.
Ollandanın "təcili islahatlar"ının məzmunu haqda isə hələlik məlumat verilmir.
скачать dle 12.1