Pakistanda terror aktı: Onlarla ölən və yaralanan var

19-01-2016, 16:44
0
Pakistanda terror aktı: Onlarla ölən və yaralanan var


Qurbanlar arasında körpə uşaq da var.

 

Pakistanın  Pişəvar şəhərində nəzarət buraxılış məntəqəsində  bş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Yerli hökumət  nümayəndələri terrorun kamikadze tərəfindən həyata keçirildiyini bildirib.
 
"O, partlayıcı quraşdırılmış motosikldə  gedərək nəzarət buraxılış məntəqəsinə çırpılıb və zabitlərdən birinin avtomobilinə dəyib", - deyə hüquqmühafizəçilərdən biri bildirib.
 
Hökumət nümayəndələrnin sözlərinə görə, qurbanların çoxu polis olsa da, yaralılar arasında əksəriyyət mülki vətəndaşlar təşkil edir.
 
Yerli xəstəxananın həkimləri qurbanlardan birinin körpə uşaq olduğunu deyib.
 
Qeyd edək ki, regionda Taliban terror qruplaşması aktiv fəaliyyət göstərir.
 
скачать dle 12.1
Xəbər lenti