Səudiyyə Yəməndə hökumət rəsmilərini və dövlət obyektlərini hədəfə alıb

28-01-2016, 16:28
0
Səudiyyə Yəməndə hökumət rəsmilərini və dövlət obyektlərini hədəfə alıb


Yəmən ordusu rejim qüvvələrinin bu hücumlarını cavabsız qoymayıb.

Yəməndə hökumət rəsmiləri və dövlət obyektlərinə qarşı hücumlar başlayıb. Belə ki, Ədən vilayətinin Əl-Hürrə məntəqəsində təhlükəsizlik idarəsinin əməkdaşı  Əbdünnasir Salim terror olunub.
 
Bundan başqa, Səudiyyə rejiminin qırıcıları İmran vilayətində  dövlət obyektlərini və yaşayış yerlərini, paytaxtın Əl-Nəhdeyn məntəqəsini aviazərbələrə məruz qoyublar.
 

 

Lakin rejim qüvvələrinin  bu chücumları cavabsız qalmayıb. Belə ki, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Əsir vilayətinin əl-Rubuə şəhərində bir dövlət binasını raketlə atəşə tutublar. Həmçinin Nəcranda Əlib hərbi bazasını nəzarətə götürüblər. Bundan başqa  Cizan vilayətində elektrik stansiyasını bombalanıb, Əl-Xəşəl hərbi bazasına raket hücumu həyata keçirilib ki, nəticədə də rejimə qulluq edən onlarla hərbçi öldürülüb.
скачать dle 12.1
Xəbər lenti