"Geosiyasi "miopiyaya" görə ABŞ Türkiyənin İŞİD-dən neft aldığını görmür"

28-01-2016, 16:32
0
"Geosiyasi "miopiyaya" görə ABŞ Türkiyənin İŞİD-dən neft aldığını görmür"


Rusiya Dövlət Dumasının nümayəndəsi bu barədə bəyan edib.

Digər ölkələrdən fərqli olaraq, təkcə ABŞ Türkiyənin İŞİD terror qruplaşmasından neft aldığını qəbul etmir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq  məsələlər üzrə Komitəsinin rəhbəri  Aleksey Puşkov bəyan edib.
 
«Rusiya ilə yanaşı, Suriya, İraq, Yunanıstan, İsrail  Türkiyəni İŞİD-dən neft almaqda ittiham edir. Təkcə ABŞ «geosiyasi miopiyaya» (uzağı görməmə xəstəliyi – red.) görə bunu görmür», deyə deputat özünün Tvitter səhifəsində yazıb.
 

<iframe id="twitter-widget-2" class="twitter-tweet twitter-tweet-rendered" style="margin: 10px 0px; padding: 0px; border-style: none; border-width: initial; outline: 0px; font-family: Arial; font-size: 12px; line-height: normal; word-spacing: 0px; position: static; visibility: visible; display: block; width: 500px; height: 206px; max-width: 660px; min-width: 220px;" title="Твит из Твиттера" frameborder="0" scrolling="no" data-tweet-id="692454015637049347"></iframe>

Qeyd edək ki, bir neçə gün öncə  İsrailin müdafiə naziri  Moşe Yaalon və yunanlı həmkarı  Panos  Kammenos Afina  görüşlərində bəyan etmişdilər ki, Türkiyə çoxdandır ki, İŞİD terror qurplaşmasından neft alır.
 
Buna qədər isə Suriyanın XİN rəhbəri Valed Muallem  Türkiyə ilə İŞİD arasında neft ticarətindən  danışmışdı.
 
Ötən ilin dekabr ayında İraqın baş naziri  Heydər əl-Abğadi də oxşar bəyanatla çıxış etmişdi.
 
Rusiya Müdafiə Nazirliyi isə terrorçuların  Suriya sərhəddində Türkiyə ilə neft ticarətinin sübutlarını göstərmişdi.
 

 

 

скачать dle 12.1
Xəbər lenti