XX əsrin məşhur qətlləri: Mərkəzi Kəşfiyyat İdarəsi populyar musiqiçini niyə öldürtdü?

6-09-2015, 18:49
0
XX əsrin məşhur qətlləri: Mərkəzi Kəşfiyyat İdarəsi populyar musiqiçini niyə öldürtdü?

1980-cu il dekabrın 8-u, Nyu-York, axşam saat 10.50. Dəbdəbəli, çoxmərtəbəli binaya limuzin yaxınlaşır. Maşından kişi və qadın çıxır. Gecənin qoynunda qəflətən atəş səsləri eşidilir…

Mərkəzi parkın qarşısındakı çoxmənzilli binanın yaxınlığına böyük bir izdiham yığışır. Adamlar eşidirlər ki, indicə ən məşhur rok musiqiçilərdən biri güllələnib. Onun adı Con Lennondur. Lennonun ölüm xəbəri sürətlə yayılır. Onun pərəstişkarlarını bürümüş kədər Lennonun evini səcdə məkanına – müqəddəs ocağa çevirir. Hamı “Onu kim və niyə öldürmək istədi?” sualına cavab gözləyir.

Heç kimə sirr deyil ki, Lennonun Vyetnamdakı müharibə əleyhinə çıxışı  ona onu təhlükəli radikal hesab edən yüksək vəzifəli düşmənlər qazandırdı. Lakin beş il əvvəl müharibə qurtardı və artıq 80-ci ildə Lennonu milli təhlükəsizliyə təhlükə hesab etmirlər. Ən azından, hakimiyyətdəkilər. Hazırda daha çox özü ad-san qazanmaq istəyən hansısa manyak var-dövləti və şan-şöhrətinə görə ona nifrət edə bilərdi. 1980-ci ilin dekabrında Bitlz qrupu və ən uğurlu rok ulduzlarından biri kimi Lennonun dövrü artıq çoxdan başa çatmışdı.

Qrup ilk hitini 1963-cü ilin martında yaratmışdı. O vaxtdan bəri bu qrupun qabağına çıxan olmur. Bütün hit-paradlarda liderlik edən mahnılar, səs-küylü turnelər, televiziyalarda çıxışlar, filmlər... Bütün bunlar qrupun rok sənətinin zirvəsində qalmasına imkan yaradır. Bitlz bütün dünyada məşhurlaşıb pərəstiş obyektinə çevrilir. Onların istənilən kəlamına, hətta şit sözlərinə də nəsə bir həqiqət kimi isnad olunur.Lennonun sözlərinə görə, onlar müəyyən bir dövrdə İsa peyğəmbərdən daha populyar olurlar. Gərginlik dözlülməz həddə çatır. Və 1966-cı il avqustun sonunda Bitlz bütün turneləri dayandırır, səsyazmaya və kinoya üstünlük verir. 1969-сu il yanvarın 30-da qrup üzvləri Londonda onlara məxsus binanın çardağında Led və Biq kino layihəsi üçün sonuncu dəfə bir yerdə çıxış edirlər. Bundan sonra yollar ayrılır. Lenon vaxtının çoxunu ondan yeddi yaş böyük olan avanqardçı  rəssam Yoka Ona ilə keçirdir. Onlar üç il əvvəl Londonun bədii qalereyalarından birində tanış olublar. 1969-cu il martın 20-də Hibraltarda qısa dayanacaq zamanı onlar nikah bağlayırlar.

Toydan sonra onlar Amsterdamda bir həftə oteldə yataqda vaxt keçiridib çoxlu müsahibələr verirlər. Ər-arvad iki il yarımdan sonra Nyu-Yorka köçür. Onlar İngiltərəyə bir də qayıtmayacaqlar. Lakin Lennonun hazırda ən qızğın çağında olan Vyetnam müharibəsinin əleyhinə açıq çıxışları və  Eddi Hofman, Cerri Rubin kimi görkəmli digər müharibə əleyhdarları ilə dostluğu Birləşmiş Ştatların hökumətu üçün asayişə təhlükə kimi qiymətləndirilir. Lenonun 1972-ci ldə lk dəfə səs verməli olacaq on səkkiz yaşlı minlərlə amerikalını qızışdırması prezident Riçard Niksonu xüsusən hövsələdən çıxardır.

Nikson əmindir ki, builki təkrar seçki kampaniyasının gedişində Lenon gəncliyə çox böyük təsirindən istifadə etməyə çalışır. Buna görə də Birləşmiş Ştatların Emiqrasiya Xidməti 68-ci ildə onun Londonda narkotik saxlamaq ittihamını bəhanə kimi istfadə edib 72-ci ilin martında Lenonun ölkədən çıxardılması barədə məsələ qaldırır. Bu o deməkdir ki, növbəti iki ildə onu sürgün təhdid edəcək. Nəticədə order aldıqdan 60 gün sonra onu vəkilləri bu müddəti uzada bilirlər.

“Mən haranı istəyirəmsə, orada olmağı xoşlayıram. Deyək ki, Parisdə, yaxud  Romada. Həmişə belə olub. Mən burada olmaq istəyirəm. Mən İngiltərədə yaxud Fransada olmaq istəyirəm. Mən hara istəyirəmsə, ora getmək istəyirəm. İstəmirəm ki, mənə mane olsunlar. Əgər Macarıstana və yaxud Slovakiyaya getməyə hazırlaşıramsa, bu hələ onda məlum  olacaq”.

Bu arada FTB onun ev telefonunu dinləməyə və hər bur addımını izləməyə başlayır.

“Hər şey ondan başladı ki, mənim maşınımı təqib etməyə başladılar. Sonra telefon danışıqlarımı dinləməyə girişdilər. Artıq burada heç nə eləmək mümkü deyildi. Necə sübut edə bilərsən ki, sənin telefon danışıqlarına qulaq asırlar? Hələ təsəvvür edin. Con Lenon deyir ki,  onun telefon söhbətləri dinlənilir və onun maşınını təqib edirlər. Amma teleşouların birində bu barədə danışdım, sabahısı bütün bunlar yığışdırıldı”.

1974-cü ilin avqustunda Uotergeyt qalmaqalı ilə bağlı olaraq Nikson istefa verir. Lennon indi hiss edir ki, sakitləşə bilər. Niksonun xələfi Cerald Ford rok ulduzunu təqib etməyi davam etdirməkdə bir məna görmür və Birləşmiş Ştatların hökuməti Lennonu ölkədən çıxartmaq cəhdindən əl çəkir. Nəhayət, 76-cı ilin iyununda Lennon çoxdan arzuladığı qrin-kartı alır. İndi o, atıq Birləşmiş Ştatlarda ürəyi istəyən qədər qala bilər. Lennon güman ki, adi bir ər olmağı dünyaca məşhur rok ulduzu olmaqdan üstün tutub tənha həyat sürməyə başlayır. Lakin o, 80-ci ilin avqustunda mətbuata məlumat verir ki, Yoka ilə birlikdə yeni albom üzərində işləyir. “Dabl fentezi” adlı albom noyabrın 21-də işıq üzü görür. Bu onun sonuncu albomu olur. Altı milyondan çox nüsxə satılacaq.

1980-ci il dekabrın 8-i, Nyu-York, axşam saat 17.15. Lennon və Yoka 72-ci küçədəki dəbdəbəli dokota-bildinqdən çıxırlar. Onlar 44-cü küçədəki səsyazma studiyasına yollanırlar ki, “Dabl fentezi”nin bəzi zolaqlarının sinqlə necə çevrilməsinə baxsınlar. Əvvəllər elə həmin gün Lenon və Yoka öz mənzillərində san-fransiskolu radio prodüseri Deyv Şolenə müsahibə verirlər. Lennon öz həyatından danışaraq deyir: “Düşünürəm ki, ölənə qədər və nə qədər ki məni dəfn etməyiblər işləyəcəyəm. Ümidvaram ki, buna hələ çox var”.

O bilə bilməzdi ki, bu, onun son müsahibəsidir...

Dekabrın 8-i, Şerato oteli, Nyu-York, 7-cü avenyü, səhər saat 10.30. Evdən cavan bir oğlan çıxır. Onun adı Mark Çepmendir. Çepmen əlində “Dabl fentezi” albomu 72-ci küçədəki dakota-bildinqə sarı üz tutur. O, iyirmi kvartaldan keçməli olur. Yolüstü kitab mağazasına girib Selincerin “Rjidə uçurum üzərində” kitabını alır. O, titul vərəqində yazır: “Qolden Kolfilddən Qolden Kolfildə. Onlar ki mənim mülahizələrimdir”.

Səhər saat 11.30. Çepmen Dakotanın yanında görünür. O burada bir qədər gəzişib nahar etməyə yollanır.

13.30. Dakotaya qayıtmiş Çepmen həmçinin Lennonun görməyə ümid edən 20 yaşlı detektiv və bir az da fotoqraflığı olan Pol Qorişlə söhbət edir.

Axşam saat 5. Deyv Şolenin komandası Dakotadan çıxır və aparatları maşına yükləməyə başlayır.

Axşam saat 5.15. Con Lennon və Yoka görünürlər. Səkidə durub onları studiyaya aparacaq limuzini gözləyirlər. Lakin maşın gözə dəymir. Hələ ki onlar gözləyirlər, Lennon pərəstişkarlarına avtoqraf verir. Çepmen axada durub, sonra sıxıla-sıxıla “Dabl fentezi” albomunu ona uzadır.

Lennon imza edəndə Çepmen bir kəlmə də dillənmir. Bu məqam bayaqkı kimi yanaşı dayanmış fotoqraf Pol Qoreş tərəfindən kadra alınıb.

Lennon və Yoka öz maşınlarını gözləmək istəmirlər və radionun işçilərindən xahiş edirlər ki, onları studiyaya qədər aparsınlar. Çepmen arzuladığı avtoqrafı alsa da, Qoreş kimi çıxıb getməyə tələsmir.

Axşam saat 8.30. Nəhayət, Qoreş evə etmək qərarına gəlir. Çepmen bir qədər yubatmaq üçün onu dilə tutmağa çalışır.

“Hər şeydən çox yadımda qalan, bax, budur. Lennonla Çepmenin şəklini çəkəndən sonra çıxıb gedəndə... Mən maşınımla getmək istəyəndə o dedi: “Getmə. Axı istəyirsən ki, albomuna imza atsınlar!” Mən dedim: “Mən Lennonu həmişə görürəm. Nə vaxt istəsəm, alboma qol çəkdirərəm”. O isə dedi: “Lennonun başına hər cür iş gələ bilər. Onda sənin albomuna qol çəkə bilməz”. Soruşdum: “Sən nədən danışırsan?” O dedi: “O bu gün İspaniyaya, ya da harasa gedə bilər və onu heç vaxt görə bilməzsən”. Dedim: “Başın xarab olub? Mən onu hökmən görəcəyəm. Maşına oturub evə getdim. İndi bilirik ki, sonra nə baş verib”.

İndi Çepmen Lennonun gəlişini gözləyərək öz düşüncələri ilə tək qalıb.

Axşam saat 10.20. Lennon və Yoka 44-cü küçədə Tayms Skver yaxınlığındakı studiyadan çıxırlar. O deyir ki, növbəti gün səhər saat doqquzda gələcək. Maşın onları səkkizinci avenyü ilə Kolada Syokla, sonra mərkəzi parkla 72-ci küçəyə qədər aparır.

Səhər saat 10.50. Onlar Dakota Bildinqə yaxınlaşırlar. Maşından birinci Yoka çıxır və Lennonun qabağına düşüb binanın girişinə yaxınlaşır. Bu vaxt Çepmen onlara yaxınlaşıb çağırır: “Mister Lenon!”

O, artıq tarixə düşəcək...

25 yaşlı Çepmen son dərəcə qərarsız və çətin xasiyyətli bir gəncdir. Texasdakı Fort-Vortda doğulub, bir bacısı var, atası Hərbi Hava Qüvvələrinin serjantı olub. Çepmenin uşaqlığı Atlantada keçib. Məktəbdə pis oxumayıb. 16 yaşında xristianlığı qəbul edir və xristian gənclik təşkilatının yay düşərgəsində işləyir. Amma sonralar kolleci atır və nəhayət, 21 yaşında yenidən xristianların yay düşərgəsində işə düzələlənə qədər tez-tez işini dəyişdirir. Bu dəfə vyetnamlı qaçqınlara Ford Çefidə yerbəyer olmağa kömək edir. Sonra Çepmen silahla davranış üçün birhəftəlik kurs keçib mühafizəçi işləməyə hazırlaşır. Lakin 77-ci ilin yanvarında şübhə qəlbini bürüyür və pulu qurtarınca yaşamaq və sonra isə özünü ... öldürmək üçün Havay adalarına uçur. Bununla belə, tezliklə Honoluluda klinikada yatır və onu ağır depressiyadan müalicə edirlər. İki həftədən sonra onu kifayət qədər sağlam adam kimi klinikadan buraxırlar. 78-ci il iyulun əvvəlində dünya üzrə altı hətfə yarımlıq səyahətə yollanır. Qayıdandan sonra onun üçün bu səyahəti təşkil etmiş agent Qloriya Eybi ilə tanış olur. Növbəti ilin iyununda onlar nigah bağlayırlar. O, dekabrda Honoluludakı çoxmərtəbəli binalardan birində mühafizəçi işləyir. Haradasa elə bu vaxt Selincerin “Rjidəki uçurum üzərində” əsərini oxumağa başlayır. Eyni zamanda Çepmen özünü kitabın on altı yaşlı baş qəhrəmanı Holdinq Kolfildə bənzədir. Kolfildin riyakarlara və yalançılara nifrəti Çepmendə dərin təəssürat buraxır. Con Lennon Çepmenin siyahısında birinci yerdə gəlir. Lennonun multimilyonerin həyat tərzi ilə səsləşən sülhə, sevgiyə və ümumi qardaşlığa çağırışları Çepmeni əsəbiləşdirir. Onun Lennonu öldümək ideyasına mübtəlalığı günbəgün artır. Və Çepmen 80-ci il oktyabrın 23-də işini atır. Qəribə bir detal. O, sonuncu iş günündə “Con Lennon” kimi imza atır. Dörd gündən sonra öz adına qeyd etdirməklə 169 dollara 38 kalibrli beşgülləlik tapança alır. Amma patron almır. Sonra Çepmen oktyabrın 29-da Nyu-Yorka uçur və Uolderf Astori otelinə düşür. O, arada Dakota Bildinqin yan-yörəsində gəzişib Lennonun gediş-gəlişini müşahidə edir. Sonra Dakotadan yarımkvartal aralıdakı başqa bir otelə keçir. Yırtıcı öz qurbanına yaxınlaşır. Amma hazırda Çepme hiddətlənir ki, özünün yeni silahına parton ala bilməyəcək. Çünki onun Nyu-Yorkda silah gəzdirməyə icazəsi yoxdur. Buna görə də noyabrın 7-də doğma şəhəri Atlantaya uçur və orada köhnə tanışından guya ki Nyu-Yorkdakı banditlərdən qorunmaq adıyla bir neçə patron alır. Çepmen sonra Nyu-Yoprka qayıdır və yenə də Dakotanın yan-yörəsində hərlənməyə başlayır. Qapıçı ona deyir ki, Lennon və Yoka şəhərdə yoxdurlar. Çepmen onların nə vaxt qayıdacağını bilmədiyndən noyabrın 12-də ağır depressiya içində geri – Honoluluya dönür. Lakin dekabrın beşində yenə də Nyu-Yorkdadır.  Əvvəlcə xristian gənclik təşkilatında qalır, sonra yeddinci avenyüdəki Şeratona köçür. Bu dəfə qəti şəkildə qərara gəlir ki, qətl törədəcək.

Con Lennon həyatının bu dövründə heç vaxt olmadığı qədər xoşbəxtdir. Xanımı Yoka və beş yaşlı oğlu Şonla Nyu-Yorkda yaşamaq onun xoşuna gəlir. Onun yeni “Dabl fentezi”albomu şəriksiz liderdir və Lennon artıq növbəti  albomun üzərində işləməyə başlayıb.

1980-ci il dekabrın 8-i, Nyu-york, Dakota bildinq, axşam saat 10.50. Con Lennon və Yoka bütün axşamı səsyazma studiyasında sonuncu albom üzərində işlədikdən sonra evə qayıdırlar. O, növbəti gün səhər studiyaya qayıtmaq fikrindədir. O da, Yoka da yaxınlıqda durub gözləyən adama fikir vermirlər. Bu, Çepmendır. Yoka maşından birinci çıxır və evə sarı yollanır.

Çepmenə nəzər salmadan onun yanından keçir. Onun dalınca gedən Lennon kiminsə onu çağırdığını eşidir. O çevrilir ki, beş-altı addımlıqdan tapançasını ona tuşlamış hansısa adamı dəhşətlə seyr etsin. Çepmen dillənmədən atəş açır. Lennona dörd güllə dəyir. O, qan içində yerə yıxılır. Çepmen sakitcə durub baxır. Bir neçə dəqiqədən sonra polislər gəlirlər. Lennonu maşına qoyub yaxınlıqdakı Ruzvelt xəstəxanasına aparırlar. Atəş səslərini eşitmiş Şon Strab gördükləri barədə danışır: “Onlara gələndən iki dəqiqə sonra Lennonu götürüb apardılar. O, huşsuz vəziyyətdə idi. Yarasından qan axırdı. Gözündə eynək vardı. Onu beş,  ya da altı polis zabiti aparırdı. Onu maşının arxa oturacağına uzatdılar. Yoka onların yanında idi. Elə bu vaxt bir neçə dəqiqədən sonra onlar hansısa adamı gətirdilər. Əllərini qandallanmışdılar. Bu, Lenona atəş açan adam idi”.

Lennonu xəstəxanaya gətirirlər və altı cərrah var gücüylə onu xilas etməyə çalışır. Amma çox gecdir. O, xeyli (80%) qan itirib. Yarım saatdan sonra həkimlər vəziyyətin ümidsiz olduğunu bildirirlər. Gecə saat 11.15-də bildirirlər ki, Lennon keçinib. Onun cəsədini meyidxanaya aparırlar. Dərddən havalanmış Yokanı matəm içində olan minlərlə insanın durduğu Dakotaya qaytarırlar. Tezliklə Lennonun ölümündən bütün dünya xəbər tutur. Ondan son müsahibəni götürmüş Deyv Şolin San-Fransisko aeroportundan evə gedir. O, adətən, təzə musiqininn səsləndirilidiyi radiodan bu xəbəri eşidir.

Bütün dünya üzrə milyonlarla insanın kədərini yalnız on yeddi il əvvəl prezident Kennedinin qətlindən sonrakı ellik kədərlə müqayisə etmək olardı.                                                                           

1980-ci il dekabrın 9-u, Nyu-york. Mark Çepmenə qarşı ikinci dərəcəli qətl ittihamı irəli sürülür. Bununla belə, o, fağır və mütidir.

10 dekabr, Nyu-york. Lennonun cəsədini Nyu-york yaxınlığındakı Hartsvil şəhərciyinə meyidxanaya aparırlar. Onu burada tələm-tələsik mumiyalayırlar.

1981-ci il yanvarın 6-sı, Nyu-York. Mark Çepmeni yenidən məhkəməyə gətirirlər. O, əvvəllər Con Lenonu güllələdiyi barədə ifadə verməyinə  baxmayaraq, indi dəlilik üzündən özünü günahkar hesab etmir. Çepmen nəzarət altında qalır. Əvvəlcədən “onilliyin işi” adlandırlan prosesə hazırlıq başlanır.

22 iyun, Nyu-york. Çepmanın məhkəmə prosesi başlanır. O, indi özünü günahkar hesab edir və vəkili Conatan Maksın bütün planlarını puç edir.

“O dedi ki, iyulun 8-də Allah əmr etdi ki, özünü günahkar hesab etsin. Bununla da hər şey bitdi. Mən xahiş etdim ki, onun məhkəmə qarşısında durmağa qabil olub-olmadığı müayinə edilsin”.

Təcrübəli psixiatr həkim Deniil Svort Çepmenin əqli durumunu təsvir edir: “Düşünürəm ki, o, uzun illər xəyal dünyasında yaşamış şizofrenikdir. Sərt depressiyadan əziyyət çəkib və bu müdhiş əməli bir çox səbəblərə görə həyata keçirdib. Başlıca səbəb bundan ibarətdir ki. o bunu dərk etmədən öz depressiyasını və özünü öldürməyə meyli dəf etməyə çalışıb”.

Avqustun 24-ü, Nyu-york. Birinci dinləmədən doqquz həftə sonra Çepmenə hökm çıxarılır: Nyu-York ştatındakı Amerikanın ən pis həbsxanalarından biri olan Atikada saxlanılmaqla 20 illik həbs cəzası. O vaxtdan bəri girov əvəzində azad edilməsi üçün ona ən azı dörd dəfə rədd cavabı verilib. Sonuncu dəfə 2014-cü ildə.  

Yoka ərinin ölümündən dörd il sonra Dakota bildinq yaxınlığındakı mərkəzi parkın bir hissəsinin abadlaşdırılması və becərilməsi üçün bir milyon dollar ianə edir. Ora Strobo Refilds deyəcəklər…

1980-ci ilin həmin məşum dekabr gecəsində Lennon öldürüləndən sonra dəfələrlə belə bir fərziyyə irəli sürülüb ki, Mark Çepmen əsla tək bir qatil deyil, Lennonu əvvəlki kimi təhlükləi radikal hesab edən Amerika ekstremistlərinin muzdlu qatiliydi. Lenonun qabağını almaq lazım idi. Sübhəsiz ki, Riçard Nikson prezident olanda və FTB-nun direktoru Cey Edqar Quver Lenonu ən pis təhlükə hesab edirdilər. Lakin Niksonu 1974-cü ildə istefaya getməyə məcbur etdilər. Quver isə 72-ci ildə vəfat etdi. Lennonu öldürmək üçün 1980-ci ilə qədər gözləmək kimə lazım idi?

Müğənninin qətli barədə kitab yazmış Fil Stronqman iddia edir ki, Çepmen marionetkadır, Lennonun əsil qatili Mərkəzi Kəşfiyyat İdarəsidir. Müəllif cinayət işindəki bir çox faktları təhlil edəndən sonra bu qənaətə gəlib.

Stronqmanın fkrincə, Çepmeni MKİ ələ almıaşdı və dünya səyahətinıə çıxarkən təlim keçmişdi. Qəribədir ki, Çepmen Beyrutda olarkən bu şəhərdə MKİ-nin agentləri qaynaşırdı. Və bu da məlumdur ki, Beyrutda MKİ-nin qatillər hazırlamaq üçün fövqəlməxfi bazası olub.

Və ən maraqlısı: kasıb bir psix dünya səyahətinə hansı pulla çıxmışdı? Çepmen bu səyahətdə Yaponiya, Böyük Britaniya, Hindistan, Nepal, Koreya, Vyetnam və Çində olmuşdu.  

Stronqman bu fikirdədir ki, qətldən öncə MKİ-nin mütəxəssisləri Çepmeni hipnoz edərək zombiyə çevirmişdilər. Və Lennonu öldürəndən sonra onun hadisə yerində sakitcə durub polisi gözləməyi də yalnız bununla izah olunur...

Strateq.az

скачать dle 12.1
Xəbər lenti