MKİ: "İŞİD terror qruplaşması ABŞ-da yeni terror aktları təşkil edə bilər"

15-02-2016, 15:23
0
MKİ: "İŞİD terror qruplaşması ABŞ-da yeni terror aktları təşkil edə bilər"
“İŞİD terror qruplaşması ABŞ-da yeni terror aktları təşkil edə bilər”. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan CBS telekanalına müsahibəsində deyib.
 
Brenanın fikrincə  terrorçular ABŞ ərazisinə daxil olmaq istəyirlər: "Hesab edirəm ki, onlar bura öz adamlarını, bunun üçün zəruri materialları göndərə və yaxud (ABŞ-da) olan adamlarından istifadə edə bilər. Düşünürəm ki, onlar uğur qazanmayacaqlar. Terrorçuların məqsədi Qərb və müsəlman dünyası arasında münaqişəyə səbəb olmaqdır”.
 
MKİ direktoru ötən ilin noyabrında Parisdəki terror aktını misal gətirərək, kəşfiyyatın  terrorçuların  bütün fəaliyyətini tam izləyə  bilmədiklərini etiraf edib: "Biz məhz həmin günlər bilirdik ki, İŞİD nəsə etmək istəyir. Lakin bu işə cəlb olunanlar ünsiyyət üçün hüquqmühafizə orqanlarının girişinə imkanlarının olmadığı son texnologiyadan istifadə ediblər".
 
Bununla belə, MKİ-nin direktoru xüsusi xidmət orqanlarının Avropada bir sıra terror aktlarının qarşısının aldığını da vurğulayıb. 
скачать dle 12.1
Xəbər lenti