Papanın gizli sevgi məktubları üzə çıxdı - FOTOLAR
16-02-2016, 12:04
0
Papanın gizli sevgi məktubları üzə çıxdı - FOTOLAR
Papa II Jan Polun Polşa əsilli ABŞ vətəndaşı filosof Anna Tereza Tmieneçka ilə sevgi məktubları üzə çıxıb. Tmieneçkanın ölümündən bir neçə il əvvəl 2008-ci ildə Beynəlxalq Kitabxanaya bağışladığı şəxsi arxivində yer alan məktublar ikili arasında münasbətlərin 1973-cü ilə başladığını göstərir.
Tmienieçkanın o zamanlar Krakoş baş yepiskopu vəzifəsində olan Jan Polla yazdığı bir kitab səbəbindən təmasa keçdiyi sanılır.
Cütlük arasında ilk məktublar rəsmi dildə yazılsa da, sonrakı məktublarda daha çox səmimilik nəzərə çarpmağa başlayır.
Məsələn, 1976-cı il tarixli bir məktubda belə bir cümlə keçir: «Sevgili Terezam. Yazdığın üç məktubu da aldım. Qəlbinin paramparça olduğunu deyirsən, lakin bu sözlərinə cavab verə bilmirəm».
Məktublarında Tmienieçkanı «Tanrının hədiyyəsi» olaraq danışan Kardinal, filosofa özü üçün böyük dəyər daşıyan bir boyunbağısını hədiyyə edib.
Əl yazısı mütəxəssisi Marşa Malinovski BBC-yə açıqlamasında «Tmienieçkanın tanış olduqdan sonra Kardinala aşiq olduğuna inanıram. Tmienieçkanın eşqi məktublarında da hiss edilir», - deyib.
Arxivdə cütlüyün bir yerdə fotoşəkilləri də tapılıb.
Katolik inancına görə, Papa və rahiblərin evlənməsi və qadınlarla birgə olması qadağan edildiyinə görə, Papanın gizli sevgi məktublarının səs-küy yaradacağı proqnozlaşdırılır.
скачать dle 12.1