İran Rusiyadan 8 milyard dollarlıq silah almağa hazırlaşır
16-02-2016, 12:07
0
İran Rusiyadan 8 milyard dollarlıq silah almağa hazırlaşır
İranın müdafiə naziri Hüseyn Dehqan Moskvadadır |
«Kommersanta» istinadən verdiyi məlumata görə, İranın müdafiə naziri Hüseyn Dehqan Moskvadadır. Kremlə yaxın mənbədən nəşrə verilən məlumata görə, Hüseyn Dehqanı bu gün RF prezidenti Putin qəbul edəcək. Bundan başqa proqramda RF müdafiə qurumunun rəhbəri Serqey Şoyqu və baş nazirin müavini Dmitriy Roqozinlə danışıqlar da var. Həmçinin bildirilir ki, iranlı hərbçilər rusiyadan 8 milyard dollarlıq hərbi texnika və silahlandırma əldə etmək istəyirlər.
«Kommersant»ın məlumatına görə, Tehran iranlı hərbçilərin əldə etmək istədikləri texnika və silahların siyahısını artıq Moskvaya təqdim edib; sənəd RF Müdafiə Nazirliyində, hökumətdə və Kremldə diqqətlə öyrənilib.
FaktXəbər-in verdiyi məlumata görə, «İnterfaks-AVN» agentliyi bildirir ki, İran tərəfi Rusiyanın Su-30CM tipli qırıcılarını, Yak-130 döyüş-təlim təyyarələrini, Mi-8 və Mi-17 ailəsindən helikopterləri, gəmiəleyhinə səsdənsürətli «Yaxont» raketi ilə təchiz olunmuş «Bastion» Rusiya sahil mobil raket komplekslərini, freqat sinifli suüstü gəmiləri, dizel-elektrikli sualtı qayıqlarını və bir sıra başqa döyüş texnikalarının nümayəndələrini əldə etməkdə maraqlıdır.
Qeyd edək ki, yeni layihələrin müzakirəsindən əlavə, İranın müdafiə nazirinə artıq bağlanmış sazişlərin gedişatı barədə hesabat veriləcək. Xatırladaq ki, bunlardan ən nəhəngi - dəyəri 1 milyard dollar olan 4 ədəd S-300PMU-2 zenit raket kompleks diviziyalarının alınmasıdır.
Qeyri-rəsmi məlumatlara görə, iranlılar artıq avans ödəyiblər və yaxın bir neçə ayda ilk diviziyanı əldə edəcəklər. Müqavilənin tam şəkildə reallaşması 2016-cı ilin sonlarında, 2017-ci ilin əvvəllərində baş tutacaq.
скачать dle 12.1