Türkiyədə ölənlərin sayı 18-ə, yaralı sayı isə 45-ə çatdı -FOTO-VİDEO

17-02-2016, 23:08
0
Türkiyədə ölənlərin sayı 18-ə, yaralı sayı isə 45-ə çatdı -FOTO-VİDEO
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Hadisənin hərbi nəqliyyat karvanı keçərkən baş verdiyi bildirilir. İlkin məlumatlara görə, 18 nəfərin öldüyü, 45 nəfərin isə yaralandığı qeyd edilir. 
 
İlkin versiyaya görə, küçədə saxlanılan avtomobildə partlayıcı qurğu işə salınıb.  
 
Türkiyənin Radio və Televiziya Üst Qurumu Ankaradakı hərbi xidmət konvoyuna qarşı hücuma dair yayım qadağası tətbiq edib.
 
Bu arada Daxili İşlər Nazirliyi qarşısında olan şübhəli paket də partladılaraq zərərsizləşdirilib.
 
Baş nazir Əhməd Davudoğlu Prezident Sarayındakı Təhlükəsizlik Sammitindən çıxaraq AK Partiya qərargahına gedib.
 
AK Partiya başqan müşaviri Ömər Çelik, "Terror Ankarada rüsvayçılığını və xainliyini bir daha göstərir", - deyib. Polis regionda yeni bir partlayış ehtimalına qarşı ətrafdakılara "Uzaqlaşın" xəbərdarlığı edib.
 
 
скачать dle 12.1
Xəbər lenti