CİA və MİT Türkiyədə məxfi koordinasiya mərkəzi yaradıb
7-03-2016, 15:23
0
CİA və MİT Türkiyədə məxfi koordinasiya mərkəzi yaradıb
Türkiyə və ABŞ kəşfiyyat məsələlərində əməkdaşlığı dərinləşdiriblər, bu çərçivədə Türkiyə Suriya sərhəddində MKİ-nin və MİT-in (Türkiyə Milli Kəşfiyyat İdarəsi) birgə koordinasiya mərkəzi işləyir. Bu barədə Washington Post nəşri bildirib.
"MKİ və Türkiyədəki müttəfiqi - MİT Suriya ilə sərhəddin yaxınlığında məxfi koordinasiya mərkəzini idarə edir", deyə nəşr Türkiyə hökumətinin MKİ və ABŞ-ın digər kəşfiyyat idarələri ilə əməkdaşlığını vurğulayıb.
Nəşrə qaynaqdan bildirilib ki, MKİ və MİT-in əməkdaşlığı xarici silahlılar işi çərçivəsindən kənara çıxır. Qəzetin əməkdaşları xüsusən vurğulayıblar ki, MKİ İncirlik aviabazasından Suriya ərazisində əməliyyatlar üçün pilotsuz uçuş aparatları buraxır.
Bundan əvvəl, ABŞ-ın Avropa komandanlığının (EUCOM) rəhbəri və NATO qüvvələrinin komandanı general Filipp Bridlav ABŞ və Türkiyənin hərbi sahədə əlaqələrinin Suriya ətrafında gərginliklərə baxmayaraq, çox möhkəm olduğunu demişdi.
Qeyd edək ki, ABŞ-ın Suriyanın şimalında İŞİD-lə mübarizə aparan kürdlərə dəstək göstərməksi Vaşinqton və Ankara arasında gərginliyə səbəb olmuşdu. Eyni zamanda Türkiyə Suriya kürdlərinə artileriya hücumları həyata keçirir. Bununla belə, Vaşinqton bəyan edir ki, Türkiyə NATO-nun vacib müttəfiqi olaraq qalır.
скачать dle 12.1