Hindistanın bir sıra iri şəhərlərində terror xəbərdarlığı edilib
7-03-2016, 15:28
0
Hindistanın bir sıra iri şəhərlərində terror xəbərdarlığı edilib
Hindistanın paytaxtı Nyu-Dehlidə və digər iri şəhərlərdə ehtimal olunan terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
Bundan əvvəl Hinditstğan Təhlükəsizlik Xidməti ölkəyə Pakistanın Qudcarat ştatından "Ləşhkəre Tayba" təşkilatından 10 terrorçunun keçdiyi barədə informasiya əldə etmişdilər. Məlumata görə, onlar ölkə boyu Şiva məbədlərində və Qudcaratda Somnath məbədində terror törətmək istəyirlər.
Paytaxtın İndra Qandi adına beynəlxalq aeraportuenda, metro stansiyalarında, ticarət mərkəzlərində və dəmiryolu vağzallarında, həmçinin Racastan, Qudcarat, Maxaraştra, Qoa, Andxra Pradeş, Telanqana, Karnataka, Uttar Pradeş, Madxya Pradeş və Xəryana şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Polis qüvvələri küçələrdə keşik çəkir, videomüşahidələrə diqqət artıb.
скачать dle 12.1