Bura Suriya deyil, Türkiyədir - FOTO-VİDEO

11-03-2016, 14:09
0
Bura Suriya deyil, Türkiyədir - FOTO-VİDEO
Türkiyə hökuməti tərəfindən kürdldərin sıxışdırılması barədə xəbərlər  durmadan artır. Ötən ilin  sentyabr ayında  Türkiyə Silahlı Qüvvələri  Cizra şəhərini mühasirəyə aldılar, 8 gün ərzində  şəhər əhalisi   ərzaq və tibbi ləvazimatları ala bilmədi. Ötən ay isə xəbər çıxdı ki, Türkiyə hərbçiləri yanan çoxmərtəbəli binanı  mühasirəyə alaraq, içəridən sakinlərin çıxmasına imkan verməmişdilər. Bəzi məlumatlara görə, həmin vaxt  150 insan diri-diri yandı, ancaq bunun rəsmi təsdiqi gəlmədi.
 

 

RT müxbiri  Vilyam Vaytman  Cizrəni ziyarət edən və orda nə baş verdiyi barədə müstəqil araşdırma aparmağa çalışan ilk jurnalistlərdən olub.
 
Bu əraziyə giriş izni almaq asan olmayıb, ancaq bir neçə günlük gözləmədən sonra  çəkiliş qrupu şəhərə girə bilir. Jurnalistlərin qarşısına çıxan həqiqət isə onların şoka salır.
 
Şəhər yarıdağılmış Hələb şəhərini xatırladırdı, ancaq, həqiqətdə bura Suriya yox,  Türkiyə idi.
 
Jurnalistlər kütləvi qətliamın törədildiyi yerə getdilər. «Bu binada, bəzi məlumatlara görə 100-dən 150-yə qədər adam həlak olub. Onlar alovlara bürünmüş binanın zirzəmisində olublar. Onlar burda gizlənməyə çalışıblar», - deyə Vaytman bildirir.
 
 
«Biz bura daxil ola bilmərik, çünki bina davamiyyətli görünmür», - deyə jurnalist əlavə edir.
 
 
Yerli sakinlərdən biri çəkiliş getdiyini görüb, jurnalistləri arxasınca getməyə çağırır.
«Mən bunu heç kimə arzulamazdım. Ərdoğan bizim dünyanı məhv etdi. O, bizi yandırdı. Bura yaxınlaşın, baxın, burda qan var», -deyə o bildirir.
 
 
Qadın  çəkiliş qrupuna bir sıra dağılmış binaları göstərir. Qanlı çarpayılarda ehtimal ki, yaralılar yatırmış.
 
 
«Bura yaşayış binasıdır. Burda qadınlar və uşaqlar var idi. Ərdoğan onların hamısını ağır artileriya ilə qətlə yetirdi, o, bu evi  məhv elədi. Onlar deyirlər ki, terrorçularla  mübarizə aparırlar, ancaq hanı terrorçular? Bütün qurbanlar  dinc sakinlər idi» - deyə qadın açıqlama verir.
 
Cizrədə nə qədər insan həyatını itirib, sualına isə qadın KİV-də yayılan rəqəmlərdən qat-qat artığını dedi: «Qadınlar və uşaqlar da daxil olmaqla 300-500 nəfər. Onlar qocalar, qadınlar, uşaqlar idi, hansı ki, bəzilərinin heç 10 yaşı yox idi. Onlar hətta hamilələri də qətlə yetirdilər», - deyə qadın əlavə etdi.
 
Sursat izləri  hər yerdə  - təkcə dağılmış binalarda yox, həmçinin hər tərəfə səpələnmiş silah hissələrinin üstündə də görünür.
 
 
 
Baxmayaraq ki, həlak olanların cəsədləri artıq ortalıqdan götürülüb, jurnalistlərin sözlərinə görə, havada ölüm iyi gəlir. Ehtimal ki, dağıntılar altında hələ də həlak olanlar qalır.
 
Digər binanın zirzəmisinə girən  çəkiliş qrupu  kürdlərin kütləvi şəkildə yandırıldığı daha bir yerə rast gəldilər. Yerli sakinlərdən birinin sözlərinə görə, burada 45-50 nəfər insan diri-diri yandırılıb.
 
«Onların başları kəsilirdi. Mən meyidlərin yarılma prosesində iştirak etmişdim və bilirəm. Onlar qurbanları yandırmış və başlarını kəsmişdilər», - deyə yerli sakinlərdən biri əlavə edir.
 
 
Zirzəmidə tapılan əşyalardan həm də o müəyyən olunur ki, bura həm də hospital kimi istifadə olunub. Külə dönmüş dərman qabarlarından və cərrah  bıçaqlarından görünür ki, burda yaralılara kömək göstərilirmiş.
 
 
Xatırladaq ki, 2015-ci ilin dekabr ayından etibarən  Türkiyə SQ ölkədə kürdlərin yaşadığı  cənub-şərq  rayonlarında genişmiqyaslı əməliyyatlara başlayıblar. Hüquq müdafiə təşkilatları  dhinc sakinlər arasında çoxsaylı qurbanlardan danışırlar.
 
Mətbuatda Cizrədə çəkilən və intensiv bombardmandan sonra qalan dağıntıların əks olunduğu kadrlar yayılıb. Bəzi binalar tamamilə dağılıb, digərləri yanğın səbəbindən ciddi zərərə uğrayıb.
 
Cari ilin  yanvar ayında Türkiyə Hüquqmüdafiə təşkilatı məlumatı yeniləndi. Hesabata əsasən  kürd rayonlarında hərbi kompaniyalar başlayandan bəri 160-dan çox dinc sakin həlak olub. Ankara iddia edir ki, Silahlı Qüvvələrin əsas hədəfi PKK terrorçularıdır. Ancaq türkiyəli hərbçilər bu regionda həyata keçirilən çoxsaylı vəhşiliklərdə ittiham olunurlar. Kürdyönlü  Demokratik Xalq Partiyasının məlumatına görə, Cizrədə bombardman zamanı  zirzəmilərdə 150 insan diri-diri yanıb. FaktXeber.org-un məlumatına görə, RT jurnalistləri kürd aktivist Nurcan Baycalla  söhbətləşiblər.
 
«Təqribən bir ay öncə Cizrənin yaralı sakinləri zirzəmilərdə gizlənirdi. Biz hətta onlara  təcili yardım maşını göndərə bilmirdik. Cizrədə təqribən 200 nəfər həlak olub, onların hamısı yanıb. Bir ay öncə isə onlar hamısı sağ idi. Mən özüm şəxsən onlarla bir neçə dəfə mobil telefon vasitəsilə danışmışdım. Onlar zirzəmidlə baş verənlər barədə bizə danışırdılar. İndi isə artıq onlar yoxdurlar…» - Baysal xatırlayır.
 
 

 
Fevralın sonların Fransanın Strasburq şəhərində 3000-ə yaxın kürd  Türk Siyalhı Qüvvələrinin  Cizrə şəhərinhdə əməliyyatlarına etiraz olaraq ayağa qalxmışdı. Aksiya işçtirakçıları  Avropa Şurası və İnsan Haqları üzrə Avropa Məhkəməsinin  binasının qarşısında toplaşaraq, Türkiyə SQ-nin  hücumları ilə əlaqədar Avropa İnstutlarının  sükutunu ifşa etməyə çağırış etmişdilər.
 
«Fransada Kürdlərin Demokratik Şurası Komitəsinin icraçı nümayəndəsi Ankarının fəaliyyəti ilə əlaqədar Beynəlxalq İctimaiyyəti məsuliyyətə səsləmişdi.
скачать dle 12.1
Xəbər lenti