Rusiya Suriyadan köçməyə başlayıb
15-03-2016, 13:51
0
Rusiya Suriyadan köçməyə başlayıb
Suriyada Xmeymim aviabazasında texniki personal RF-da bazalaşmış eaeradromlara uçuş üçün təyyarələrin hazırlığına başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
«Şəxsi heyət təchizatların, maddi-texniki vasitələrin və varidatın hərbi nəqliyyat aviasiyasının təyyarələrinə yükləməyə başlayıb», - deyə məlumatda bildirilir.
5000 km-dən uzun uçuşlar zamanı Rusiya təyyarələri yanacaq doldurmaq və texniki baxışdan keçmək üçün aralıq enişləri edəcək. Onları hərbi –texniki aviasiya müşaiyyət edəcək.
Xatırladaq ki, dünən RF prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbəri Serqey Şoyquya verilən tapşırıqların tam yerinə yetirildiyi üçün Rusiya hərbçilərinin Suriyadan çıxarılması barədə əmr vermişdi.
Bununla belə, Suriyanın Tartus şəhərində və Xmeymim aeradromunda Rusiyanın baza məntəqəsi əvvəlki rejimdə fəaliyyət göstərəcək, onlar qurudan, dənizdən və havadan müdafiə olunacaqlar.
Şoyqunun yaydığı hesabata əsasən, bütün əməliyyatlar dövründə rusiyalı hərbçilər 9000-dən artıq uçuş həyata keçiriblər. Bu zaman onlar Türkiyəyə karbohidrogenlərin göndərildiyi, həmçinin döyüşçülərin silah və döyüş sursatlarla təchiz olunduğu əsas yolu bağlaya biliblər.
скачать dle 12.1