Dağıstanda İŞİD-lə əlbir olan qrupda 1 tona yaxın partlayıcı aşkarlandı
17-03-2016, 14:09
0
Dağıstanda İŞİD-lə əlbir olan qrupda 1 tona yaxın partlayıcı aşkarlandı
|
Onlar rezonans doğuracaq terrora hazırlaşırmışlar.
|
Dağıstanda İŞİD-lə əlbir olan və terrora hazırlaşan qrupun üzvləri saxlanılıb. Bu barədə RF Milli Antiterror Komitəsi məlumat yayıb.
"Hadisə yerinə yollanan operativ qrup İŞİD-lə əlbir olan 3 terrorçunu saxlayıb. Onlar təqsirlərini etiraf ediblər və kəndin ucqar nöqtəsində yiyəsiz bir evdə gizli anbarlarının yerini deyiblər. Hüquqmühafizəçilər ümumi gücü 5 kq trotil ekvivalentə bərabər 4 əldəqayırma partlayıcı qurğu, həmçinin bir tona yaxın partlayıcı maddə aşkarlayıblar», - deyə Antiterror Komitəsinin yaydığı bəyanatda deyilir.
Qurumdan həmçinin o da bildirilib ki, terrooçular partlayıcı qurğulardan rezonans doğuracaq terror aktı həyata keçirmək üçün hazırlayıblarmış.
скачать dle 12.1