Poroşenkonun fraksiyasının rəhbəri Tokioda görüşlər zamanı yatıb - FOTO
6-04-2016, 14:56
0
Poroşenkonun fraksiyasının rəhbəri Tokioda görüşlər zamanı yatıb - FOTO
Ukrayna Radasında «Pyotr Poroşenko bloku» fraksiyasının rəhbəri Yuriy Luçenko Tokioda Yaponiya nümayəndəliyi ilə görüş zamanı yatıb. Bu, Ukrayna prezidentinin baş nazir Sindzo Abe ilə söhbəti zamanı baş verib. Arxa oturacaqda yatan Luçnkonun fotosunu jurnalist Serqey Rubenko yayıb.
O, «Yuriy Vitalyeviç Yaponiyada koalisiya barədə düşünür», - deyə ironik olaraq şəklin statusunda yazıb.
Jurnalist bundan əlavə, şəkli sərbəst şer vəznində şərh də edib:
Böhran keçəcək
Sakura çiçək açan kimi
Yaponiyada
Əbədi istirahətdi
Əsl samuraylar üçün
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkr aprelin 5-də Yaponiyaya rəsmi səfər edib. Səfər aprelin 7-nə kimi çəkəcək.
скачать dle 12.1