"Əl-Qaidə" "Cəbhət ən-Nusra"nın liderinin öldürüldüyünü təsdiqləyib

6-04-2016, 18:26
0
"Əl-Qaidə" "Cəbhət ən-Nusra"nın liderinin öldürüldüyünü təsdiqləyib
«Əl-Qaidə»nin Şimali Afrika filialı «Cəbhət ən -Nusra» rəhbərlərindən olan Əbu Firas əl-Surinin Suriyada öldüyü xəbərini təsdiqləyib.
 
Terror təşkilatı Əl-Surinin  ABŞ aviazərbələri nəticəsində məhv edildiyini bildirib. Qeyd edək ki, bundan əvvəl Pentaqon da Suriyanın şimal-qərbində  toqquşmalar zamanı onun öldüyü barədə xəbər yaymışdı.
 
Əbu Firas Əfqanıstanda terror fəaliyytəi ilə məşğul olurdu və «Əl-Qaidə» lideri Usama Bin Ladenin silahdaşı idi. Suriyada münaqişələr başlayanda terror təşkilatı onu Suriyaya yollayır, burda isə o «Cəbhət ən-Nusra»ya daxil olur.
скачать dle 12.1
Xəbər lenti