Oxfam: ABŞ-ın 50 kompaniyası xarici ofşorlarda 1,3 trilyon dollar gizlədir

15-04-2016, 18:15
0
Oxfam: ABŞ-ın 50 kompaniyası xarici ofşorlarda 1,3 trilyon dollar gizlədir
Vergidən yayınma  bütün dünyada kompaniyaların ortak praktikasına çevrilib. ABŞ-ın 50 kompaniyası xarici ofşorlarda 1,3 trilyon dollar gizlədir.
 
RİA-Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Oxfam-ın hesabatında bildirilib. Qurumun qiymətləndirməsinə görə, ümumiyyətlə 200 qlobal kompaniyadan 90 faizi  ofşorları istifadə edir. 
 
Pfizer, Goldman Sachs, Dow Chemical, Chevron, Walmart, IBM və Procter & Gamble  ofşor yurisdiksiyalarda 1,6 mindən çox törəmə kompaniyaları var. Hesabatın müəllifləri  bildirirlər ki, multimilli holdinqlər  hər il mütəmadi olaraq 240 milyard dollar  dəyərində vergidən yayınırlar.
 
Gəlirləri gizlətmə sayəsində ABŞ ildə 111 milyard dollar, yoxsul ölkələr isə 100 milyard dollar itirirlər. Beləliklə ölkələr  təhsil, səhiyyə, infrastruktura sahələrinə sərmayə çatdırmırlar, bu isə yoxsulluq həddinin artmasına səbəb olur.
 
ABŞ-ın 50-dən çox nəhəng kompaniyaları  2008-2014-cü ildə büdcəyə ödədikləri 1 dollar vergiyə görə, dövlətdən 27 dollar kredit, kredit zəmanəti və maliyyə yardımı alıb. Bu müddət ərzində  kompaniya  öz maraqlarının  lobbiçiliyinə görə 2,6 milyard dollar xərcləyib, əvəzində isə kredit və maliyyə dəstəyi şəklində 11,2 milyard dollar alıb. Avropa Birliyində kompaniyalar lobbiyə ildə 1,7 milyar dollar xərcləyirlər.
 
Oxfam-ın  baş vergi məsləhətçisi  Robbi Silverman öütün ölkə hökumətlərini birləşməyə və vergi ofşorları erasına son qoymağa çağırıb.
 
«Biz yenə də  vergi  sistemində  sistematik sui-istifadənin  sübutlarını görürük. Biz zəngin və nüfuzlu insanların vergi ödəməməsi ilə barışmamalıyıq», - deyə o, bildirib.
скачать dle 12.1
Xəbər lenti