Kadirov: "Putinin məzəmməti mənim üçün qanundur"
15-04-2016, 18:16
0
Kadirov: "Putinin məzəmməti mənim üçün qanundur"
«Rusiya prezidneti Vladimir Putinin məzəmməti mənim üçün qanundur, hansı ki, dərhal yerinə yetiriləcək». Rusiya mediasına istinadən verdiyi məlumata göroə, Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Instagram səhifəsində RF prezidenti Vladimir Putinin canlı yayım zamanı söylədiklərinə şərh verərkən belə deyib.
Qeyd edək ki, Putinlə birbaşa canlı yayım zamanı jurnalist Serqey Dorenko Kadırovun sistemsiz müxalifətlə münaqişəsini xatırladaraq, «xalq düşmənlərinin» axtarılmasının dayandırılmasını xahiş etmişdi.
«Mən bilirəm siz kim haqqında danışırsız – Qafqaz Respublikalarından birinin rəhbəri barədə» - deyə Putin söhbətə başlayıb. Bundan sonra o, Ramzan Kadırovun ölkə maraqlarına sadiqliyindən söz açıb. «Bəli, bu gün o, Çeçen Respublikasının rəhbəridir. Əvvəllər o, əlində silahla bizimlə meşələrdə vuruşurdu. Atası ilə birlikdə, sonra qərara gəldiklər ki, Çeçenistan Rusityanın tərkibində olmalıdır», - deyə Putin əlavə edib. Bununla belə, dövlət başçısı Rusiyada sabitliyin möhkəmlənməsinə manne olduğu üçün müxaliflərlə mübahisələrdə çox dərinə getməyin lazım olmadığını vurğulayıb.
Kadırov özunun İnstagramında bir daha bəyan edib ki, heç bir zaman, heç bir şəraitdə Rusiyanın və ölkəsinin böyük xalqının maraqlarına zidd heç bir addıma atmazdı: «Mən öz diplomatik akdemiyamı Rusiyanın düşmənləri ilə mütəmadi müharibədə keçmişəm, hansı ki, bu zaman ən əzizlərimdən və yaxın adamlarımdan, dostlarımdan və silahdaşlarımdan məhrum olmuşam. Buna görpə, bəzən mənim sözlərimbir az emosional, ancaq səmimi və qəlbdən gələn olur»
скачать dle 12.1