Ancaq Stalin belə zarafat edə bilərdi - FOTOLAR

6-09-2015, 06:26
0
Ancaq Stalin belə zarafat edə bilərdi - FOTOLAR
Tarixçilər tez tez tarixin ən güclü liderlərindən olan Stalinin yumor hissinin olub-olmadığı barədə mübahisə edirlər. Çünki o, çox spesifik zarafat edirdi. Məlumdur ki, İosif Vissrinoviç  "xalqlar atası"  seçildikdən sonra  onun ən sadə  zarafatları belə qorxudan ümumi gülüş və güclü alqışlarla qarşılaırdı. Əslində Stalin doğrudan da incə hazırcavablıq hissinə malik olub. Hətta onun bəzi zarafatları  hətta SSRİ tarixinə də təsir qoyub.
 
Sizlərə bunula bağlı bir neçə real tarixi hadisələri təqdim edəcəyik.
 
1. "Pobeda" ("Qələbə") avtomobilinin əvvəlcə "Rodina" ("Vətən") adlandırılması planlaşdırılmışdı. Stalin bunu öyrənib ironik şəkildə soruşmuşdu: "Yaxşı, bəs bu "Vətən" neçəyə olacaq?"
Variant dərhal ləğv edilir
 
2. Alman  hərbi flotunun taleyi müzakirə olunarkən, Stalin onu bölməyi, Çörçin isə batırmağı təklif etmişdi. İosiv Vissarionoviç buna cavab olaraq bildirir: "Buyurun, öz hissənizi də batırın". 
 
3. Stalin meteoroloqlardan soruşur: "Bu proqnozlar neçə  faiz doğrudur".  Bunun 40 faiz olduğunu öyrənən kimi isə belə bir məsləhət verir: "Siz öyrəndiyiniz proqnozları tərsinə deyin, bu zaman 60 faiz doğru olacaq".
 
4. Müharibədən sonra Stalin öyrənir ki, professor K. Moskva yaxınlığında çox bahalı bir malikanə tikdirib. SSRİ rəhbəri onu çağırtdırır və deyir: "Sizə malikanəni hədiyyə etdiyiniz uşaq evinin adından dərin təşəkkürümü bildirirəm"
 
5. Müharibə vaxtı  Stalin Baybakova yeni neft yataqlarının tapılması barədə göstəriş verir. Qarşı tərəf bunun mümkünsüz olduğunu deyib etiraz etdikdə, Stalin cavab verdi: "Neft olsa Baybakov olacaq, neft olmasa Baybakov olmayacaq".
Əmr tam məsuliyyətlə yerinə yetirilir.
 
6. Stalin Gürcüstan Mərkəzi Komitəsinin birinci katibi A.İ.Mqeladze ilə Kunsevdəki evində gəzirdi və özünün limon bağında yetişdirdiyi limona qonaq edirdi.
- Dadına baxın, Moskvada yetişib.
Və bu hal ayrı-ayrı söhbətlərin arasında  bir neçə dəfə təkrarlanır.
-Dadına baxın, yaxşı limonlardır
Nəhyatə həmsöhbətə məsələni anlayır: 
- Yoldaş Stalin, stzə söz verirəm ki, 7 ildən sonra Gürcüstan öz ölkəsini elə limonla təmin edəcək ki, onu xaricdən gətirməyə ehtiyac qalmayacaq.
- Şükür Allaha, axır ki, çatdı- deyə Stalin bildirir.
 
 
7.  Müharibədən sonra sərhədlərin bölünməsi barədə danışıqlar zamanı Çörçil deyir:
- Axı Lvov heç bir zaman Rusiyanın şəhəri olmayıb.
- Ancaq Varşava olub, - deyə Stalin etiraz edir.
 
8. 1939-cü ildə Stalinlə birlikdə "Qatar Şərqə gedir" filmin nümayişinə baxılırdı. Filmdə elə bir süjet xətti olmur: qatar gedir, dayanır...
Stalin soruşur:
- Bu hansı stansiyadır?
Cavab verirlər 
- Demyanovka
- Mən bura düşürəm, - deyə stalin ayağa qalxır və zaldan çıxır.
 
Əlbəttə, bu, onun zarafatlarının hamısı deyil. Lakin təqdim etdiyimiz bu kiçik tarixi hadisələr belə, onun necə incə yumor hissinə malik olduğunun göstəricisidir.

 

 

скачать dle 12.1
Xəbər lenti