Roma papası Fransisk Avropanın hər bir katolik prixodunu bir qaçqın ailəsinə sığınacaq verməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, papa Fransisk Vatikanın bu məsələdə nümunə göstərəcəyini deyib.
"Hər bir prixod, hər bir dini icma, hər bir monastır, hər bir sığınacaq bir qaçqın ailəsinə yiyə durmalıdır", - deyə pontifik bildirir.
Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kəskin miqrantaxını üzündən miqrant böhranı yaranıb.
Bu il Avropa Birliyi ölkələrinə yüz minlərlə qaçqın gəlib. Yalnız keçən şənbə Münhen vağzalına 7 min nəfər gəlib.
Hazırda Balkan ölkələrindən - Yunanıstan, Makedoniya və Serbiyadan keçməklə Macarıstanın cənub sərhədlərinə yeni miqrant partiyası gəlir.