Rusiya Ermənistanla havadan müdafiə sistemi yaratmağa hazırlaşı
9-09-2015, 17:16
0
Rusiya Ermənistanla havadan müdafiə sistemi yaratmağa hazırlaşı
Rusiya Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanla birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır. Bu barədə Baş qərargah rəisi – Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenko bildirib.
«Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib və hazırda onun imzalanmasına hazırlıq işləri gedir» - deyə o bildirib.
“Biz bu məsələdə çox işlər görmüşük. Ümid edirəm ki, bu il razılaşdırma başa çatacaq”, deyə Baş qərargah rəisi vurbulayıb.
Onun sözlərinə görə, artıq Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.
General həmçinin xatırladıb ki, RƏM sisteminin yaradılması barədə Qazaxıstanla saziş 2013-cü ildə imzalanıb.
Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın Tver şəhərində keçiriləcək.
скачать dle 12.1