Braziliya prezidenti Dilma Rousseffin taleyi bu gün həll olunacaq
31-08-2016, 15:19
0
Braziliya prezidenti Dilma Rousseffin taleyi bu gün həll olunacaq
Braziliyada Parlamentin Yuxarı Palatası prezident Dilma Rousseffin impiçmenti ilə bağlı səsverməyə keçə bilməyib. Nəticədə senatorlar səsverəni yerli vaxtla bu gün səhər (Bakı vaxtı ilə 17.00-də) keçirəcək.
Qeyd edək ki, Rousseffin istefası ilə bağlı müzakirələr 16 saat çəkib. Nəticədə çıxış eləməli olan 66 senatordan 63-ü öz fikrini söyləyə bilib. Çıxışçıların əksəriyyəti prezidentin impiçmenti ilə razılaşdqlarını bəyan ediblər: 43 nəfər impiçmenti dəstəkləyib, 18 nəfər əleyhinə çıxıb, 2 nəfər isə öz mövqelərini müəyyən edə bilməyiblər. Bundan başqa 15 senator çıxış etməkdən imtian ediblər.
Ümumilikdə Senatda 81 nəfər var. İmpiçment üçün 54 səs lazımdır.
Yeri gəlmişkən, Braziliyasakinləri həm impiçment, həm də onun əleyhinə aksiyalar keçirib
İmpiçment olarsa, may ayında vəzifəsindən kənarlaşdırılan Rousseff ümumiyyətlə dövlət başçısı mövqeyini itirəcək. Bundan sonra o, 8 il dövlət vəzifəsində çalışa bilməz. 2018-ci il seçkilərinə kimi isə Brazilanın dövlət başçısı vəzifəsini vitse prezident Mişel Temer həyata keçirəcək.
Əgər impiçment üçün kifayət qədər səs toplanılmasa bu proses dayandırılacaq, prezident isə öz vəzifəsinə qayıdacaq.
скачать dle 12.1