İraqın ədliyyə nazirinin müavini qaçırılıb

9-09-2015, 17:33
0
İraqın ədliyyə nazirinin müavini qaçırılıb
BBC-yə istinadən verdiyi məlumata görə, İraqın ədliyyə nazirinin müavini Əbdülkərim Fares və onunla birlikdə olan  ölkənin  mərkəzi istintaq idarəsinin  rəhbəri qaçırılıb. Onlar birlikdə  Bağdadın Əl-Bunuk rayonuna gedirmişlər. 
 
Verilən məlumata görə, məmurun avtomobili Bağdadda qara geyimdə olan naməlum şəxslər tərəfindən saxlanılıb. O da bildirilir ki, nazir müavini mühafizəçilərlə bir yerdə oğurlanıb, lakin sonradan onlar azad edilib. Farsın  sürücüsü baş verənlərə mane olmaq istədiyi üçün o da qaçırılıb və yaralanıb.
 
 
Hələ ki, heç bir terror qruplaşması bu işdə məsuliyyəti öz üzərinə götürməyib. 
 
Qeyd edək ki, bazar ertəsi günü İraq ilk dəfə olaraq ABŞ-ın F-16 qırıcılarından istifadə edəpək İŞİD mövqelərinə hücum edib. 
скачать dle 12.1
Xəbər lenti